Almaniya səfiri Aqrar Universitetdə olub

Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

Görüşdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin müasir maddi-texniki bazası və beynəlxalq əlaqələri barədə qonağı ətraflı məlumatlandırıb. Bildirilib ki, Aqrar Universitet bugün öz inkişaf dövrünü yaşayır. Eyni zamanda burada Türkiyə, Gürcüstan, Türkiyə, Somali, Malaziya, Cənubi Afrika, İsrail, Rusiya, Qazaxıstan, Konqo, Lesoto Krallığı kimi bir çox xarici ölkələrdən tələbələr təhsil alır.

Diplomat ölkəsində kənd təsərrüfatı sahəsinə daha çox diqqətin ayırdığını bildirərək, Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə də yaxından tanış olmaqdan məmnunluq duyduğunu bildirib.

Almaniya səfiri Aqrar Universitetdə olubAlmaniya səfiri Aqrar Universitetdə olubAlmaniya səfiri Aqrar Universitetdə olub