ADAU tələbələrinin Məmnunluq Sorğusu

Əziz tələbələr!

Sizi məzun adını qazanmağınız münasibətilə təbrik edir, gələcək həyatınızda uğurlar arzulayırıq. Ümid edirik ki, ölkəmizdə yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) məzunu olmaqdan məmnunluq hissi keçirirsiniz. Bildiyiniz kimi, universitetin nüfuzu, burada verilən biliklərin əmək bazarının tələblərinə uyğunluq dərəcəsi Sizin uğurlu karyeranız, əmək bazarında tutacağınız mövqedən əhəmiyyətli dərəcədə asılıdır. Bu nöqteyi-nəzərdən təhsil müddətində aldığınız bilik və bacarıqların əhəmiyyətlilik dərəcəsinin, bütövlükdə universitet həyatının bütün sahələrinin məhz Sizlər tərəfindən qiymətləndirilməsi vacib məsələlərdən biridir. Bu məqsədlə Sizləri sorğuda iştirak etməyə dəvət edirik. Nəzərinizə çatdırırıq ki, sorğu yalnız buraxılış kurs (bakalavriat səviyyəsində əyani təhsil forması üzrə 4-cü (“baytarlıq” ixtisası üzrə 5-ci) və qiyabi təhsil forması üzrə 5-ci kurs, magistratura səviyyəsində 2-ci kurs ) tələbələri üçün nəzərdə tutulub.

Sorğuda iştirak linki: https://bit.ly/3zFTBjy