ADAU-da yeni üzüm sortları: “Bayanşirə süfrə”, “Kəhraba” və “Tünd yarpaq təbrizi”

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) üç yeni üzüm sortu “Bayanşirə süfrə”, “Kəhraba” və “Tünd yarpaq təbrizi” rayonlaşdırılaraq dövlət reyestrində qeydiyyata alınıb.

Gəncə-Qazax bölgəsində qeyd olunan sortların tingləri əkilib, becərilir. Hər 3 sort 13 yaşlı üzümlükdə fərdi seçmə yolu ilə alınıb.

ADAU-nun dosenti Sevil Abduləliyeva deyib ki, bu sortlar zərərvericilərə qarşı davamlılığına və məhsuldarlığına görə digər üzüm sortlarından fərqlənir.

“Kəhrəba sortu şərq süfrə üzüm sortları qrupuna daxildir. Xəstəlik və zərərvericilərə davamlığı mildiu üçün 2-3 bal, oidium üçün 1-2 baldır. Ampeloqrafik təsvirlərdə muskat ətrinin olmaması ilə İtaliya sortlarından fərqlənir. Muskat ətrinin olması sorta yüksək keyfiyyət versə də, sort fondunun artırılmasına xidmət edir. Eyni zamanda salxım darağında kövrəklik zəifdir ki, bu da süfrə sortlarında əsas xüsusiyyətlərdəndir.”, - deyə S.Abduləliyeva bildirib.

Mütəxəssis onu da deyib ki, əldə olunan sortların quruluşu, rəngləri və forma xüsusiyyətlərinə görə digərlərindən fərqlənmələri ilə yanaşı həmdə onların saxlanmasını daha əlverişli edir: “Tündyarpaq Təbrizi sortunun Təbrizi sortundan fərqi yarpağının quruluşu (dilimlərdə dərin kəsimlilik) olması, zoğun və yarpağın rəngində qəhvəyi rəng çalarının daha çox olması, daşınmağa və saxlanmağa daha davamlı olmasıdır.”

Süfrə Bayanşirə sortu isə gec yetişən süfrə üzüm sortudur, məhsuldarlığı çox yüksək olmaqla şpaler sistemi üzrə becərilməlidir. Xəstəlik və zərərvericilərə davamliği mildiu üçün 2-2,5 bal, oidium üçün 1-2 baldır. Ampeloqrafik təsvirlərdə tam süfrə istiqamətli olmaqla ana sortdan fərqlənir.

ADAU-da yeni üzüm sortları: “Bayanşirə süfrə”, “Kəhraba” və “Tünd yarpaq təbrizi”
ADAU-da yeni üzüm sortları: “Bayanşirə süfrə”, “Kəhraba” və “Tünd yarpaq təbrizi”
ADAU-da yeni üzüm sortları: “Bayanşirə süfrə”, “Kəhraba” və “Tünd yarpaq təbrizi”