ADAU-da sənəd qəbulu onlayn aparılacaq!

ADAU-da sənəd qəbulu onlayn aparılacaq!

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmuş şəxslər ilk olaraq “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.

Qeyd: "portal.edu.az" saytında qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

ADAU-da dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədlər:
1. Attestat, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom (surəti, əsli ali məktəbə təhvil veriləcək)
2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
3. Şəxsiyyət vəsiqəsi (surəti)
4. Ağ fonda 3x4 ölçüdə fotoşəkil
5. Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbz (surəti)
6. İmtiyazın şamil olunması üçün müvafiq sənədlər (Surəti):

• Qaçqın:
- şəxsiyyət vəsiqələrinin surətləri (ata ,ana, özü)
- statusa aid sənədlərinin surətləri

• Valideyn himayəsi
- şəxsiyyət vəsiqəsinin surəti
- TSEK arayış
- valideynlərin (valideyn) ölüm haqqında şəhadətnamə

• özü əlil:
- əlil olması barədə TSEK arayış
- şəxsiyyət vəsiqəsinin surəti

• Qarabağ əlili (Şəhid ailələri):
- şəxsiyyət vəsiqəsinin surəti
- statusa aid sənədlərinin surətləri
- əlil olması barədə arayış