ADAU-da imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) payız semestrinin imtahan sessiyası davam edir.

Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu 764 qrup üzrə test, 212 qrup üzrə yazılı və 306 qrup üzrə şifahi formada təşkil edilir.

Həmçinin, imtahan sessiyası ərzində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər zəruri tədbirləri həyata keçirmək üçün müvafiq qərargah da fəaliyyət göstərir.

ADAU-da imtahan sessiyası davam edirADAU-da imtahan sessiyası davam edirADAU-da imtahan sessiyası davam edir