ADAU-da “Aqrar sahədə innovasiya və innovasiyalar mərkəzinin inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “Aqrar sahədə innovasiya və innovasiyalar mərkəzinin inkişafı” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Konfransın məqsədi Azərbaycan Respublikasında innovasiya mərkəzlərinin dinamik inkişafı, fəaliyyət sahələri və onların gəlir mənbələrinin istiqamətləri, aqrar sahədə innovasiya mərkəzlərinin əsas məqsəd və vəzifələri, ölkəmizdə innovativ texnologiyalara adaptasiya, ADAU innovasiyalar mərkəzinin inkişaf etdirilməsi və tədqiqat işlərin həyata keçirilməsi ilə bağlı hərtərəfli müzakirələrin təşkilindən ibarət olub.

Çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin İnnovasiyalar Mərkəzinin fəaliyyəti, maddi-texniki bazası, Aqrar sahədə innovativ texnologiyaların tətbiqindən və cənab Prezident İlham Əliyevin bu sahəyə daimi diqqət və qayğısından söz açıb.

Konfrans iştirakçıları, Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Siyasətinin Təşkili şöbəsinin müdiri Anar Cəfərov, “Kapital Bank” ASC-in Gəncə filialının direktoru Vüqar Paşayev, “Youth İnc” sahibkarlıq proqramının meneceri Talifa İsgəndərli, İnnoland inkubasiya və akselerasiya mərkəzində startaplarla iş üzrə şöbə müdiri Tengiz Ağakişiyev mövzu ətrafında müzakirələr ediblər.

ADAU-da “Aqrar sahədə innovasiya və innovasiyalar mərkəzinin inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilibADAU-da “Aqrar sahədə innovasiya və innovasiyalar mərkəzinin inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib