ADAU-da akkreditasiya prosesində ekspertlərin fəaliyyətinə dair onlayn görüş keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akkreditasiya prosesində ekspertlərin fəaliyyətinə dair onlayn görüş keçirilib.

Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları, ADAU-nun fakültə dekanları, kafedra müdirləri və müəllimlər iştirak ediblər. ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov çıxış edərək Təhsildə Keyfiyyət Agentliyinin yaradılmasının əhəmiyyəti, akkreditasiya meyarlarına uğun olaraq universitetdə aparılan işlər, “Strateji təhlil, qiymətləndirmə və keyfiyyət təminatı” şöbəsinin fəaliyyəti və qarşıda duran vəzifələr, universitetin bu sahədə təcrübəli əməkdaşlarının akkreditasiya proseslərində ekspert olaraq fəal iştirak etmələrinin vacibliyini qeyd edib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov Agentliyin fəaliyyət istiqamətləri, akkreditasiya komissiyası, meyarlar, akkreditasiya prosesi, daxili və xarici keyfiyyət təminatı, habelə keyfiyyət təminatı prosesinlərində qiymətləndirici kimi iştirak etmək, ekspertlik üçün “Ekspert banka” müraciətə dair tələblər barədə geniş məlumat verib.

Görüşün sonunda universitet əməkdaşlarını maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.

ADAU-da akkreditasiya prosesində ekspertlərin fəaliyyətinə dair onlayn görüş keçirilibADAU-da akkreditasiya prosesində ekspertlərin fəaliyyətinə dair onlayn görüş keçirilibADAU-da akkreditasiya prosesində ekspertlərin fəaliyyətinə dair onlayn görüş keçirilibADAU-da akkreditasiya prosesində ekspertlərin fəaliyyətinə dair onlayn görüş keçirilibADAU-da akkreditasiya prosesində ekspertlərin fəaliyyətinə dair onlayn görüş keçirilib