200-dən çox abituriyent Aqrar Universitetlə tanış olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Göygöl filialının birgə təşkilatçılığı ilə “Mənim ixtisasım” layihəsi çərçivəsində 200-dən çox orta məktəb məzunu Aqrar Universitetlə tanış olublar.

Göygöl Təhsil Mərkəzinin abituriyent hazırlığı kursunun Gəncə, Göygöl, Samux, Şəmkir və Xəmsə filiallarından olan abituriyentlər universitetin baytarlıq təbabəti, aqronomluq, mühəndislik, torpaqşünaslıq və aqrokimya fakültələrinin tədris korpusları və tələbə evlərində yaradılmış şəraitlə tanış edilib.

Məzunlarla görüşən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov onlara universitetin maddi-texniki imkanları, tədris korpusları, beynəlxalq əlaqələri, ikili diplom proqramları, Tədris-təcrübə təsərrüfatı və təqaüd imkanları barədə ətraflı məlumat verib.

Tədris korpuslarında professor-müəllim heyəti məzunları qarşılayaraq, dövlətin həyata keçirdiyi aqrar siyasət və eyni zamanda universitet rəhbərliyinin bu istiqamətdə apardığı işlər haqqında ətraflı məlumat veriblər.

200-dən çox abituriyent Aqrar Universitetlə tanış olub200-dən çox abituriyent Aqrar Universitetlə tanış olub200-dən çox abituriyent Aqrar Universitetlə tanış olub