İqtisadiyyat, yerquruluşu, torpaq və şəhər kadastrı istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb

“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Univeritetində (ADAU) iqtisadiyyat, yerquruluşu, torpaq və şəhər kadastrı istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.

Layihənin məqsədi iqtisadiyyat, yerquruluşu, torpaq və şəhər kadastrı istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır.

Nəzərə çatdıraq ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Müraciət üçün son tarix: 14 avqust 2021-ci il
Müraciət üçün aşağıdakı linkə daxil olun: https://forms.gle/rusUTmfNSFoXHiCeA