Magistratura səviyyəsinə qəbul olmuş tələbələrin nəzərinə!

Azərbaycan Dövlət Aqrar Universitetinin magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat 2021-ci il iyulun 13-dən 22 dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək davam edəcəkdir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:
- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);
- Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə;
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə;
- 3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd;
- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;
- Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.