Aqronomlar üçün ödənişsiz təkmilləşdirmə kursu

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ELAN

“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi
Aqronomlar üçün ödənişsiz təkmilləşdirmə kursu

Respublikada kənd təsərrüfatının inkişafının keyfiyyətcə yeni mərhələyə daxil olması ilə əlaqədar müasir tələblərə cavab verən mütəxəssislərə ehtiyacın daha da artması bilik və bacarıqların daim artırılmasını tələb edir. Dövlətin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri çərçivəsində tədris-təcrübə təsərrüfatının yenidən qurulması, yeni laboratoriyaların, istixanaların, bitki klinikasının, bu sahədə yüksəkixtisaslı kadrların çalışması digər sahələrlə yanaşı aqronomluq istiqaməti üzrə istehsalatda çalışanların praktik bilik və bacarıqlarının artırılması üçün təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaratmışdır. Bütün bunları nəzərə alaraq universitetdə “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində aqronomlar üçün təkmilləşdirmə kursu təşkil olunur. Kursda müvafiq istiqamətlər üzrə mövzular universitetin peşəkar müəllimləri tərəfindən tədris olunacaqdır (Əlavədə kursun proqramı ilə tanış ola bilərsinz).
Kursun müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Kursun tarixi: 02-05 avqust 2021-ci il
Kursda iştirak üçün ödəniş: Tələb olunmur
Yaşayış xərci: İştirakçılar universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar.
Nəqliyyat və qidalanma xərcləri: İştirakçılar tərəfindən ödəniləcək
Müraciət üçün son tarix: 28 iyul 2021-ci il
Müraciət üçün aşağıdakı linkə daxil olun:
https://bit.ly/2TfsYl4


Aqronomlar  üçün ödənişsiz  təkmilləşdirmə kursu

Təcrübə və karyera mərkəzi
ÜNVAN: Gəncə şəhəri, Ozan küçəsi 204
Tel: +994222668137
Mob:+994772993100
karyera@adau.edu.az
www.adau.edu.az