Aqrar Universitetdə əcnəbi müəllimlər tərəfindən seminarlar keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti arasında 09.08.2021-ci il tarixində imzalanmış protokola əsasən 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisasları üzrə beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya professor-müəllim heyəti dəvət olunub.

Dəvət olunan əcnəbi professor-müəllim heyətinin Tədqiqat və Təhsilin Keyfiyyətini Təkmilləşdirmə fəaliyyəti üzrə ADAU-nun professor-müəllim heyəti və tələbələri ilə bilik və təcrübələrini bölüşdürülməsi məqsədilə universitetin fakültələrində seminarların keçirilməsi nəzərdə tutulub.

İlk seminar 24 noyabr 2021-ci il tarixində saat 10:30-da ADAU-nun yeni tədris binasında 431-ci otaqda Prof. Dr. Fazilet Alayuntun “Covid-19 özelinde iş sağlığı ve güvenliği” mövzusunda təşkil olunacaq.

Aqrar Universitetdə əcnəbi müəllimlər tərəfindən seminarlar keçiriləcək