Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyası

Laboratoriya 1991-ci ildə yaradılmaqla əsas hədəfləri respublikanın müxtəlif torpaq iqlim şəraiti üçün məhsuldar, yüksək keyfiyyətli, biotik və abiotik amillərə qarşı davamlı sortların yaradılması, taxıl bitkilərinin rayonlaşdırılmış və perspektivli sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla təşkili, bioloji cəhətdən təmiz toxumların istehsalı texnologiyasının təkmilləşdirilməsi və onun iqtisadi səmərəliliyinin araşdırılması, toxum təhlükəsizliyi mexanizminin təmin edilməsi metodunun işlənməsi, yeni yaradılmış məhsuldar sortların fermer təsərrüfatlarına sürətlə tətbiq olunmasına nail olmaqdır.. Laboratoriyanın əməkdaşları tərəfindən 2011-ci ildə “ADAU-80” və 2014-cü ildə “Gəncə“, 2016-cı ildə “Məhsuldar” qarğıdalı sortları yaradılaraq rayonlaşdırılmış və dövlət reyestrinə salınmışdır. Bununla yanaşı, triktikale bitkisinin “Qismət” sortu yaradılaraq 2017-ci ildə rəsmi dövlət reyestrinə salınmışdır.Universitetin tarixində ilk dəfə olaraq yumşaq buğda sortu “Nurcahan” 2019-cu ildə universitetin 100 illlik yubilyeyi şərəfində “ADAU-100” 2020-ci ildə rayonlaşdırılmış və hər iki sort dövlət reyestrinə salınaraq fermerlərə tövsiyə olunmuşdur. Laboratoriyanın təcrübə sahəsində taxıl bitkilərinin-buğda, arpa, çovdar, tritikalenin yabanı və mədəni növlərindən, növmüxtəlifliklərindən və sortlarından ibarət 400-dən yuxarı nümunə genefond sahəsində əkilir, öyrənilir və seleksiya işlərində geniş istifadə olunur.