Beynəlmiləşmə Strategiyası

Beynəlmiləşmə - Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) gələcək üçün prioritet strategiya sahəsidir. Onun məqsədi tələbələri mükəmməl və beynəlxalq standartlara cavab verən təhsillə təmin etməkdir. ADAU həmçinin aqrar sahə üzrə təhsil, tədqiqat və innovasiya sahələrində aparıcı universitetlərdən biri olmağa çalışır.  Qlobal biznes məkanında uğur əldə etmələri üçün  universitetin tələbə və professor-müəllim heyəti geniş təhsil və səyahət imkanları ilə təmin edilir.

Beynəlxalq aləmlə sıx təmas quran professor-müəllim heyəti, eləcə də tələbələr universitetin profilini yüksəldəcək, əlavə olaraq yeni tələbələrin cəlb olunmasında və yerli, milli,beynəlxalq səviyyələrdə  təhsil müəssisəsi üçün fayda əldə edilməsində böyük rol oynayacaqlar. ADAU ölkədə ilk və yeganə aqrar mütəxəssis hazırlığı ilə məşğul olan ali təhsil müəssisəsi olduğu üçün onun üzərinə qoyulan məsuliyyət və gözləntilər də böyükdür. Respublikada mövcud ixtisaslı aqrar kadr boşluğunu təmin etmək məqsədilə  ADAU-da davamlı işlər görülməkdədir.

ADAU həmçinin xarici tələbə və müəllimlər üçün açıq bir təhsil müəssisəsidir. ADAU-nun indi yeni, hər cür şəraiti olan böyük tələbə yataqxanası var. Xarici qonaqlar üçün isə xüsusi otaqlar ayrılmışdır.

Təhsil, tədqiqat və xidmət sahələri üzrə beynəlxalq əməkdaşlığın gücü və önəmini nəzərə alaraq, ADAU-da təhsil, sənaye və dövlət səviyyəsində potensial tərəfdaşlarla əməkdaşlıq müzakirələrinə daim şərait yaradılır. Təsadüfi deyil ki, dünyanın 50-yə yaxın universiteti ilə ADAU-nun əməkdaşlıq müqaviləsi var. Universitetdə hər il ənənəvi olaraq ərzaq təhlükəsizliyi, ətraf-mühitin qorunması, beynəlxalq əməkdaşlıq, elm, təhsil və sənayenin inteqrasiyası, regionlarda həyat şəraitinin yaxşılaşdırılmasına dair beynəlxalq elmi-praktiki konfranslar keçirilir.

Internationally engaged staff and students will raise the profile of the University, attract additional staff and students and yield local, national and international benefits. Being the only higher educational institution preparing personnel on agricultural sphere ADAU has responsibilities and expectations before government and stakeholders.  Thus, internationally experienced, skilled and aware students are likely to be considered highly employable and meet the national demand.

ADAU is also open for international students and staff. It now has a new student campus and the second one is underway. Rooms for especially international students and staff are allocated and kept free.

Recognising the power and importance of international collaboration in teaching, scholarship and service, ADAU welcomes conversations with potential partners in education, industry, commerce and government. ADAU has cooperation agreement with up to 50 universities of the world. Every year the university hosts international-scientific conference on food security, protection of environment, international partnerships, integration of science, education and industry, welfare of rural community.