Beynəlxalq əlaqələr şöbəsi

Ünvan: Otaq 24-25, ADAU-nun İnzibati binası, Atatürk prospekti, 450,Gəncə, AZ2000
Tel: 022-256-33-56

e-mail: ird@adau.edu.az​
            info@adau.edu.az

Azərbaycan Dövlət Aqrar Universitetinin

beynəlxalq əlaqlər şöbəsinin əsas fəaliyyət istiqaməti və şöbədə çalışan əməkdaşların vəzifə borcları:

  1. Beynəlxalq əlaqələr şöbəsinin vəzifələri
    1. Xarici ölkələrin ali məktəbləri, aqrar-sənaye müəssisələri, beynəlxalq təhsil mərkəzləri, fondları və s. ilə ali məktəbin əlaqələrini yaratmaq, onları rəsmiləşdirən sənədlərin layihələrini hazırlamaq və bağlanmış müqavilələrin, sazişlərin həyata keçirilməsində institutlarla, fakültələrlə, kfedralarla və digər şöbələrlə birgə fəaliyyətin təşkili;
    2. Elm və təhsil sahələrində keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar, konqreslər, simpoziumlar və digər toplantılar haqqında məlumatlar toplamaq, məlumatları professor müəllim heyətinin nəzərinə çatdırmaq və onların həmin forumalrda iştirak edə bilməsi üçün gərəkli işlərin görülməsi;
    3. Ali məktəbin professor-müəllim heyətinin, aspirantların, tələbələrin və digər əməkdaşların dövlət xətti və ya universitetlərarası razılaşma yolu ilə ezamiyyətin bütün formaları üzrə namizədlərin seçilməsi haqqında, fakültələrin , kafedraların və digər strukturların təklifləri əsasında, vəsatət qaldırılması və onların sənədlərinin hazırlanması, ezamiyyətdən qayıdanların vaxtında hesabat vernələrinin təşkili;
    4. Xarici dövlətlərin universitetlərindən ali məktəblərə mühazirə oxumaq, staj keçmək, elmi-tədqiqat işləri aparmaq, beynəlxalq konqreslərdə, simpoziumlarda iştirak etmık üçün gəlmiş professorların, müəllimlərin, stajkeçənlərin, tələbələrin, yaradıcı kollektivlərin və s. qəbulunun təşkili və qeydiyyatı;
    5. Ali məktəblərdə beynəlxalq protokol qaydalarına uyğun keçirilən təbdirlərin (qonaqların qarşılanması, yerləşdirilməsi, qalacağı vaxtın proqramı, müşaiyyət olunması, yola salınması və s.) hazırlanması
    6. Al məktəblərin beynəlxalq əlaqələri haqqında illik hesabatlaın hazırlanması və təhsilin mərkəzi idarəetmə orqanlarına təqdim edilməsi.

 

  1. Beynəlxalq əlaqələr şöbəsi müdirinin əsas fəaliyyət istiqamətləri və vəzifələri
    1. Beynəlxalq əlaqələr şöbəsinin müdiri birbaşa rektora tabe olmaqla ali məktəbin beynəlxalq əlaqələrinin təşkili, əcnəbi tələbələrin təhsili və təlim-tərbiyəsi üçün cavabdehlik daşıyır.
    2. Ali məktəbin beynəlxalq əlaqələrinin  strateji xəttinin müəyyənləşdirilməsi və onun həyata keçirilməsini təmin etmək üçün zəruri işlərin təşkili;
    3. Beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmək üçün elmi-pedaqoji kadrların tərkibinin müəyyənləşdirilməsi, xarici ölkələrin təhsil, elm və sənaye müəssisələri ilə birbaşa əlaqələrin yaradılması, inkişaf etdirilməsi və həyata keçirilmləsinin təşkili və təmini;
    4. Elm, tədris və təhsil sahəsində keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar, konqreslər, simpoziumlar və digər toplantılarda ali məktəbin professor-müəllim heyətinin iştirakının təşkili.

 

 

  1. Beynəlxalq əlaqələr şöbəsi mütəxəssisinin vəzifələri:

 

  1. Xarici ölkələrin ali məktəbləri, aqrar sənaye müəssisələri, elm və təhsil mərkəzləri ilə əlaqələri rəsmiıləşdirən sənədlərin (razılıq məktubu, müqavilə, anlaşma memorandumu və s.) layihəsini hazırlamaq;
  2. Bağlanmış müqavilələrə, sazişlərdə nəzərdə tutulan tədbirlərin icrasına nəzarət etmək məqsədi ilə universitetin müvafiq struktur bölmələrinin fəaliyyəti haqqında məlumat toplamaq;
  3.  Elm və təhsil sahələrində keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar, konqreslər, simpoziumlar və digər toplantılar haqqında məlumatlar toplamaq, məlumatları professor müəllim heyətinin nəzərinə çatdırmaq;
  4. Beynəlxalq tədbirlərdə iştirak edəcək və ümumiyyətlə xarici dövlətlərə ezam olunacaq şəxslərin lazımi sənədlərinin (rəsmi dəvət məktubu, müvafiq arayış, viza alma proseduraları və s.) hazırlanmasına nəzarət etmək; Xarci səfərlərdən qayıdan əməkdaşların qısa hesabat vermələrini təmin etmək;
  5. Xarici dövlətlərin universitetlərindən ali məktəblərə mühazirə oxumaq, staj keçmək, elmi-tədqiqat işləri aparmaq, beynəlxalq konqreslərdə, simpoziumlarda iştirak etmık üçün gəlmiş professorların, müəllimlərin, stajkeçənlərin, tələbələrin, yaradıcı kollektivlərin və s. qəbulunun təşkil etmək və qeydiyyatını aparmaq;
  6. Beynəlxalq elmi-praktiki konfransların təşkil olunmasında, beynəlxalq protokol qaydalarına uyğun keçirilən təbdirlərdə (qonaqların qarşılanması, yerləşdirilməsi, qalacağı vaxtın proqramı, müşaiyyət olunması, yola salınması və s.) inovativ təkliflərlə iştirak etmək;
  7. Universitetin əməkdaşlıq etdiyi partnyorlar və eləcə də beynəlxalq arenada vacib sayılan ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar və digər xarici (ölkədaxili həmçinin) qurumlar haqqında lazımi (ünvan, profili, əsas fəaliyyət istiqamətləri və s.) məlumat toplamaq, onlar haqqında məlumat bazası yaratmaq;
  8. Şöbədə aparılan sənədləşmə və məktublaşma işlərinə köməklik göstərmək;
  9. MDB ölkələri və digər ölkələrlə rus dilində aparılan məktublaşma və sənədləşmə işlərini həyata keçirmək; bu ölkələrdə elm və təhsil sahələrində keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar, konqreslər, simpoziumlar və digər toplantılar haqqında məlumatlar toplamaq, məlumatları professor müəllim heyətinin nəzərinə çatdırmaq;
  10. Gördüyü işlər haqqında mütəmadi olaraq şöbə müdirinə məlumat vermək, hesabat hazırlamaq;

 

 

>> Beynəlmiləşmə Strategiyası <<