TƏQAÜD

TƏQAÜDTəhsil göstəriciləri və şəxsi nailiyyətləri yüksək olan və ödənişli əsaslarla Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrində (Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti) təhsil alan II və III kurs tələbələri və I kurs magistura pilləsində təhsil alan tələbələr müraciət edə bilər.

Hər bir təqaüd proqramına fərqli ixtisasda təhsil alan gənclər müraciət edə biləcək.

Yalnız “Heydər Əliyev” və “Nizami Gəncəvi” təqaüdünə qeyd olunan ali təhsil müəssisələrində və qeyd olunan kurslarda ödənişli əsaslarla təhsil alan gənclər iştirak edə bilər.

Daha ətraflı təqaüd proqramlarından tanış ola bilərsiniz.