TƏDRİS ŞÖBƏSİ

Elay ZEYNALLI
Şöbə müdiri

Əlaqə telefonu:
(+99422) 266 00 56
(+99422) 266 89 57

E-mail: tedris@adau.edu.az

Tədris şöbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) struktur bölməsi olmaqla tədris prosesinin təşkili, ona nəzarəti və planlanlaşdırılmasını icra edir.

- Dövlət təhsil proqramları və tədris planlarının hazırlanması;
- Tədris ili üçün dərs yükünün planlaşdırılması, bölgüsü və yerinə yetirilməsinə nəzarət;
- Bakalavriat və magistratura səviyyələrində dərs cədvəllərinin hazırlanması, professor-müəllim heyətinə və tələbələrə çatdırılması;
- Tədris illərinin əvvəlində Dövlət İmtahan Mərkəzindən daxil olan əmrlər və siyahılar əsasında ADAU-nun bakalavriat və magistratura səviyyələrinin birinci kursuna qəbul olunmuş tələbələrin kontingentə daxil olunmasının rəsmiləşdirilməsi, tələbələrə təqaüdlərin təyin edilməsi, tədris prosesi ilə bağlı digər zəruri əmrlərin hazırlanması;
- Tələbələr sırasına bərpa, köçürülmə, ixtisasdəyişmə, təkrar ali ixtisasa qəbul, akademik məzuniyyət verilməsi və məzuniyyətdən qayıtmaqla bağlı sənədlərin hazırlanması və əmrləşdirilməsi;
- Tədris, istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin təşkili üzrə əmrlərin hazırlanması;
- İmtahan sessiyalarının (qiyabi təhsildə məşğələ, laboratoriya-imtahan sessiyalarının) təşkili, keçirilməsi və akademik borcların ləğvi üzrə işlərin görülməsi, sessiyaların nəticələri ilə əlaqədar hesabatların hazırlanması, təqdim olunması, tələbələrə təqaüdlərin təyin olunması;
- Akademik borcların ləğvi üçün 6 həftəlik yay semestrinin təşkili və keçirilməsi;
- Tələbə kontingentinin hərəkətinin müntəzəm dəqiqləşdirilməsi və nəzarətdə saxlanılması;
- Bakalavriat səviyyəsində Dövlət Attestasiyası, magistratura səviyyəsində dissertasiyaların müdafiəsi ilə bağlı təşkilati işlərin icrası;
- Professor-müəllim heyətinin, dekan və kafedra müdirlərinin müsabiqələrinin təşkili və keçirilməsi üzrə işlərin görülməsi;
- Rüblük və illik hesabatların hazırlanması və təqdim olunması;
- Mərkəzi icra orqanları və təşkilatlarından daxil olmuş sənədlərin icrasının təmin olunması, vətəndaşların ərizə və şikayətlərinə cavabların hazırlanması.