Gəncə şəhəri

Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı 2017

2016-cı il Avropanın Gənclər Paytaxtı-http://www.ganja2016.eu

 

Azərbaycan Dövlət Aqrar Universiteti  dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin  vətəni Gəncə şəhərində yerləşir. Aparılan araşdırmalar Gəncənin 4000 illik tarixinin daha qədimlərə söykənməsini, bəşər insanının ilkin məskunlaşmasını əks etdirən tapıntılar da sübut edir.  Gəncə bu gün əcnəbi qonaqların, yaxından-uzaqdan gələn turistlərin diqqətində olan, tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilib. Həm füsunkar mənzərəsi, həm də möhtəşəm abidələri, görməli yerləri, yaşıllığa və gül-çiçəklərə qərq olmuş parkları, göydələnləri, xiyabanları ilə insanları valeh edən Gəncənin hər bir guşəsində,hər daşında qədim tariximizin silinməz izləri var. Nizami Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, ”Zəfər Tağı”, ”Nizami Gəncəvi” muzeyi, ”Məhsəti Gəncəvi” Mərkəzi, ”İmamzadə” dini kompleksi, Xan bağı, Şah Abbas Məscidi, ”Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, Göygöl, Maralgöl, “Mirzə Şəfi Vazeh” Parkı, Filarmoniya, “Xəmsə” Parkı və digər yerlər şəhərin diqqətçəkən görməli yerlərindəndir.  Bu gün isə Gəncə tarixiliyini saxlamaqla daha da müasirləşir.

 

Şəhərə necə getmək olar?
Hava nəqliyyatı-Bakı-Gəncə, Moskva-Gəncə, İstanbul-Gəncə. 
Avtonəqliyyatla- Bakı-Gəncə -5 saat, Tiflis-Gəncə-2.5 saat
Dəmir yolu ilə- Bakı-Gəncə-8 saat

Otellər:
Ramada Plaza
Vegohotel
Gəncə Hotel
Hotel Deluxe
MyWAY Hotel
Cinema Boutique Hotel
Karvansaray Hotel
El Hotel