Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Nərmin Tağıyeva

Assistant

Azərbaycan Dövlət  Aqrar Universitetinin  “Əczaçılıqvə BSE” kafedrasının  assistenti

e-mail: nermin.tagiyeva.88@mailru

Doğum tarixi

04 fevral 1988-ci il

Təhsili, elmi dərəcəsi, elmi adı

2006-cı ildə AKTA-nın “Baytarlıq əczaçılığı ixtisasına qəbul olmuş, 2010-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmiş,2011-ci ildə ADAU-nun “Baytarlıq əczaçılığı” ixtisası üzrə magistratura pilləsinə qəbul olmuş,2013-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyəti

2013-cü ildən ADAU-nun “Əczaçılıq”  kafedrasında assistent vəzifəsində çalışır. 2014-cü ildən ADAU-nun “Əczaçılıq və BSE” kafedrasına  doktorant kimi təhkim olunmuşdur. ADAU-nun  professoru  N.M. Yusifovun rəhbərliyi altında  “Azərbaycanın  Qərb bölgəsi kiçik Qafqaz ərazisində  aşı maddələri ilə  zəngin bitkilərin  farmakoqnostik  xarakteristikası” adlı dissertasiya mövzusu üzrə işləyir.

Apardığı dərslər

Bakalavrda: Latın dili,latın dili və baytarlıq terminalogiyasının  əsasları, farmakoqnoziya, əczaçılıq  texnologiyası.

Tədqiqat sahəsi

“Azərbaycanın  Qərb bölgəsi kiçik Qafqaz ərazisində  aşı maddələri ilə  zəngin bitkilərin  farmakoqnostik  xarakteristikası”

Seçilmiş əsərləri

1.Çaytikanı meyvəsi  və onun  preparatlarının texnologiyasına dair Məqalə.Magiatrantların XII Respublika Elmi Konfransının  Materialları. 1 hissə. Sumqayıt.2012. S.353

                            

2.Çaytikanı dərman xammalının farmakoqnostik analizi  və ilkin   emalı.Məqalə.Ümummilli lider H.Əliyevin 90 illik Yubileyinə həsr   olunmuş  magiatrantların  Elmi-praktiki konfransının materialları. ADAU-nun  Elmi  Əsərləri. Gəncə 2012                           

3.Ekoloji  problemlərin toksikoloji aspektləri.Məqalə.    

Heyvanlar,quşlar ,balıqlar və onların məhsullarından  insanlara keçən təhlükəli yolxucu xəstəlıklərlə mübarizə. Beynəlxalq  konfrans.Gəncə 2009.