Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Rza Rzayev

Dosent

Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq və BSE  kafedrasının dosenti

Mob.tel:0506148791

İş tel: 022-256-37-83

 Doğum tarixi

10 aprel 1940-cı il

 Təhsili, elmi dərəcəsi, elmi adı

1965–ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan  Dövlət Aqrar Universiteti) baytarlıq fakultəsini bitirib. 1973-cü ildə “Sulfanolun təsiri altındaheyvan orqanizmində gedən funksional  və morfoloji dəyişikliklər” mövzusunda namizədlik dissertasiyası”, müdafiə edərək, “İnsan bə heyvan fiziologiyası ixtisası üzrə biologiya elmlər namizədi adını almışdır.

1987-ci ildən dosentdir.

Əmək fəaliyyəti

1965-1968-ci illər, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, baş baytarlıq İdarəsində böyük baytar həkimi

1968-1971–ci illər, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda (AETBİ) əyani aspirant.

1971-1980-ci illər, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda kiçik və baş elmi işçi

1980-1987-ci illər, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu “Anatomiya, Fiziologiya kafedrasında assistent.

1987-2009-cu illər Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, “Anatomiya, Fiziologiya və farmakologiya kafedrasında dosent.

2009-2018-ci illər, AzərbaycanDövlət Aqrar Universitetində Əczaçılıq və BSE kafedrasında dosent

Apardığı dərslər.

Bakalavrda-İnsan və heyvan fiziologiyası, Heyvan fiziologiyası, Normal fiziologiya,Qida fiziologiyası

Maqistraturada-Tədqiqat üsulları

Elmi yeniliyi

Sulfanolun təsiri altında heyvan orqanizmində gedən funksional və morfoloji dəyişikliklər müəyyən edilmişdir

Tədqiqat sahəsi

Biogeokimyəvi çatmaması  şəraitində  bəzi mikroelementlərin quşçuluqda tətbiqinin işlənib hazırlanması.

Beynəlxalq treninqlər, simpozium və konfranslar.

1983-cü il “Natrium selenin qoyunların reproduktivfunksiyalarına təsiri” Ümumittifaq fizioloqlar cəmiyyətinin XIV-qurultayı. Bakı.

1990-cı il  “Qan damarlarına natrium selenin təsiri “Ümumittifaq konfrans Leninqrad.

1994-cü il “Bəzi mikroelementlərin quşçuluqda işlədilməsinin fizioloji və biogeokimyəvi əsasları. Azərbaycan fizioloqlarının qurultayı. Bakı

2010-cu il “Müxtəlif ekoloji amillərin quşların əzələ toxumasının inkişafına təsiri” Beynəlxalq konfrans. Gəncə

2014-cü il “Bəzi mikroelementlərin çatmaması şəraitində  onların quşçuluqda tətbiqinin farmakoloji və fizioloji cəhətdən əsaslandırılması”. Beynəlxalq konfrans Gəncə

Seçilmiş əsərləri :

Dərs və metodik vəsaitlər

Heyvanların fiziologiyasından praktikum-Bakı.

Elm.2014, 310 s.

İnsan və heyvan fiziologiyasından laborator –təcrübə məşğələlərinə aid metodik göstəriş Gəncə,2018.63 s.

Camışlarda  çoxalmanın müasir metodları və bioloji mexanizmi. Bakı, Azniinti. 1993.  25 s

Fiziolojiyadan laborator- təcrübə məşğələlərinə aid metodik

göstəriş. Kirovabad, 1990, 64 s

Fiziolojiyadan metodik göstəriş. Kirovabad.1987, 60 s

6-fənndən proqram (qrifli)-Gəncə 2011-2012

Natrium Selenin qoyunçuluqda işlədilməsinə aid tövsiyə .Bakı, 1982, 7 s

 

Məqalələr

Cavan heyvanların mədə-bağırsaq xəstəliklərinin kompleks terapiyasında dərman bitkilərinin tətbiqi. Gəncə, ADAU, 2009, N-3, səh 68-69

Qədim əsrlərdə yunan və Roma dərmanşunaslığının inkişafının xüsusiyyətləri Gəncə, GDU, 2010, səh 52-54

Natrium-selenin quşların bəzi fizioloji funksiyalarına təsiri Gəncə ADAU, 2010, N-2. səh 74-75

Biogeokimyəvi çatmaması şəraitində selenin quşların fizioloji göstəricilərinə təsirinin öyrənilməsi Gəncə, GDU, 212, səh.40-42

Balıqların miqrasiyasının fizioloji əsasları və bu prosesə təsir edən faktorlar Gəncə ADAU 2013 N-3 səh 71-73

Selen mikroelementinin quşlar üçün bioloji əhəmiyyəti Gəncə, ümumrespublika Elmi-praktik Konfransın materialları 2015 səh 210-212

Kobalt , sink və selenin cavan quşların bəzi fizioloji göstəricilərinə təsirinin öyrənilməsi Gəncə ADAU .2016 №2 səh.99-101