Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrası

Kafedra müdiri: prof. Mirzə ƏLİYEV

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi. 209

 Tel: +994 (22) 256 35 73

E-mail: office@adau.edu.az


 

        Kafedranın tarixi: Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrasının əsası 1932-ci  ildə  Zoologiya  kafedrasının yaradılması ilə qoyulmuşdur. “Əczacılıq” ixtisası üzrə mütəxəssis hazırlığına başlanılması ilə əlaqədar olaraq 2009-cu ildə müstəqil  Əczaçılıq və morfologiya  kafedrası  yaradılmış, 2011-ci ildən  Əczaçılıq, 2014-cü ildə Morfologiya, gigiyena və baytarlıq sanitariya ekspertizası kafedrası ilə Əczaçılıq kafedrası birləşdirilərək Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrası yaradılmışdır.

         Kafedrada vaxtilə çalışmış alimlər: Professorlar  Fətullabəy Rzabəyli, Nikolay Borodin,  Feodor Jastenko, A.J. Elpatyevski, S. J. Qoqeyzel, A. M. Anuçin,  F. F. Feyzullazadə,  Z. Əfəndiyev və M. M. Bayramov, D. Bayramov, Aleksandr Tsion, V.Q. İbrahimov, N.B.Strejevski, Ələddin Əsgərov, Qələndər Əhmədov, Ənvər Xəlilov və başqaları.

          Kafedranın maddi-texniki bazası: Kafedranın maddi-texniki bazası xeyli gücləndirilmiş, yeni müasir  avadanlıqlar və cihazlarla  kimyəvi reaktivlərlə, mikroskoplarla, 2 ədəd nootbuk və 6 ədəd  kompyuter, 4 ədəd proyektorla təhciz olunmuşdur. Laborotoriya və auditoriyalar  yüksək  səviyyədə  təhciz edilməklə tədris prosesində  istifadə  olunur.

 Kafedranın nəzdində Ə.A.Əsgərov  adına auditoriya, bundan əlavə, 8 auditoriya,  8 laboratoriya, anatomiya və pataloji anatomiya muzeyləri fəaliyyət göstərir. Kafedrada müasir avadanlıqlarla təhciz olunmuş baytar-sanitar ekspertizası, sanitariya və gigiyena, əczaçılıq kimyası  toksikologiya, fiziologiya, zoologiya laboratoriyaları qurulmuşdur. Auditoriyaların 4-də proyektor quraşdırılmışdır. Anatomiya muzeyi ağıllı lövhə ilə təchiz olunmuşdur.

     Mütəxəssis hazırlığı aparılan ixtisaslar: Kafedra bakalavriat səviyyəsində baytar həkimi  və əczaçı mütəxəssislərin hazırlanmasına xidmət edir. Magistratura və doktorantura səviyyələrində “Farmakologiya”, “Farmakoqnoziya”, “Əczaçılıq  kimyası”, “Baytar-sanitar ekspertiza” ixtisası üzrə mütəxəssislər hazırlanır.

         Kafedranın elmi istiqaməti: “Heyvanların və quşların xəstəliklərinin profilaktikası, sanitar-gigiyeniki normaları və yeyinti məhsullarının baytarlıq ekspertizası üçün yeni üsulların araşdırılması” və “Kənd təsərrüfatı heyvanları və quşlarının bəzi morfoloji xüsusiyyətlərinin öyrəmilməsi və onların xəstəliklərinə qarşı müxtəlif mənşəli dərman və bioloji fəal maddələrin tətbiqinin  səmərəliliyinin  müəyyənləşdirilməsi” istiqamətləri üzrə elmi tədqiqat işləri yerinə yetirilir.