Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Telman İsgəndərov

B.e.f.d., Dosent

                      

Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq

təbabəti və zoomühəndislik fakultəsinin dekanı

 

Mob.tel: 050 614 96 61

İş tel: 222 56 37 83

e-mail: iskenderovtelman@mail.ru

 

Doğum tarixi

28 aprel 1963-cü il

 

Təhsili, elmi dərəcəsi, elmi adı

 

1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ( indiki Azərbaycan Dövlət Aqrar Universiteti) baytarlıq fakultəsini fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildə Rusiya Federasiyasının Borovsk şəhərində Ümumittifaq Elmi Tədqiqat kənd təsərrüfatı heyvanlarının Fiziologiya, Biokimya və Qidalanma İnstitutunda “ Düyələrdə amin turşularının sorulma intensivliyinə yemin fiziki formasının təsiri ” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, “ İnsan və heyvan fiziologiyası “ ixtisası üzrə biologiya elmləri namizədi adını almışdır.

1998-ci ildən dosentdir.

 

Əmək fəaliyyəti

1986-1988-ci illərdə Ümumittifaq Elmi Tədqiqat kənd təsərrüfatı heyvanlarının Fiziologiya, Biokimya və Qidalanma İnstitutunda baş laborant və baytar həkimi kimi fəaliyyət göstərmişdir.

1988-1991-ci illərdə həmin institutda əyani aspirant olmuşdur.

1992-ci ildən ADAU-nun müəllimi (assistent).

1998-ci ildən dosent.

2008-ci ildən baytarlıq təbabəti və zoomühəndislik fakultəsinin dekan əvəzi, 2011-ci ildən dekanı.

 

Apardığı dərslər

Bakalavrda – “baytarlıq cərrahiyyəsi “, “ baytarlıq anesteziologiya və reanimatologiyası”

Magistraturada – “ əməli baytarlıq cərrahiyyəsi”, “ ümumi baytarlıq cərrahiyyəsi”,

“ xüsusi baytarlıq cərrahiyyəsi”, “ eksperimental cərrahiyyə”, “ baytarlıq cərrahiyyəsinin əsasları”.

 

Elmi yeniliyi

Kənd təsərrüfatı heyvanlarında qida maddələrinin həzm sistemindən qana təmiz sorulmasının, mədə önlüklərində və bağırsaqlarda metabolitlərin mübadilə proseslərinin öyrənilməsi.

 

Mükafatları

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 18 may tarixli 906 nömrəli Sərəncamı ilə “ Tərəqqi” medalı.

 

Tədqiqat sahəsi

Cərrahi üsullarla gövşəyən heyvanlarda maddələr mübadiləsinin öyrənilməsi. Kənd təsərrüfatı heyvanlarında qara ciyərin qapı venasına, yuxu arteriyasına kateterlərin implantasiyası, işgənbəyə kanyulların qoyulması, qara ciyərdə qanın həcmi sürətinin ölçülməsi.

 

Beynəlxalq treninqlər, simpozium və konfranslar

1989-cu il, Tartu, Ümumittifaq konfrans

1989-cu il, Alma-Ata, Ümumittifaq simpozium

1990-cı il, Orenburq, Ümumittifaq konfrans

1990-cı il, Krasnodar, Ümumittifaq konfrans

1990-cı il, Borovsk, Beynəlxalq konfrans

1993-cü il, Bakı, II Respublika biokimya konfransı

1994-cü il, Bakı, Azərbaycan fizioloqlarının I qurultayı

1997-ci il, Bakı, III Respublika biokimya konfransı

1997-ci il, Bakı, Beynəlxalq elmi praktik konfrans

2003-cü il, Gəncə, Beynəlxalq Gəncə-Kars baytarlıq simpoziumu

2005-ci il, Bakı, Azərbaycan fizioloqlarının III qurultayı

2008-ci il, Van, Türkiyə, Anatomların beynəlxalq konfransı

2013-cü il, Fos Do İguasu, Braziliya, Beynəlxalq baytarlıq təhsili simpoziumu.

 

Seçilmiş əsərləri

 

Dərsliklər:

İsgəndərov T.B., Nəsibov F.N. Xırda heyvanların xəstəlikləri. Bakı, “ Şərq-Qərb” nəşriyyatı, 2008, 392 s.

İsgəndərov T.B. Əməli baytarlıq cərrahiyyəsi. Gəncə, ADAU nəşriyyatı, 2009, 332 s.

İsgəndərov T.B. Ümumi və xüsusi baytarlıq cərrahiyyəsi. Gəncə, ADAU nəşriyyatı, 2011, 444 s.

Əhmədov Ə.Q., İsgəndərov T.B. Baytarlıq mamalığı, ginekologiyası, kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və rüşeymin transplantasiyası. Gəncə, ADAU  nəşriyyatı, 2010, 381 s.

İsgəndərov T.B. Baytarlıq anesteziologiya və reanimatologiyası. Bakı, “ Elm və təhsil nəşriyyatı” , 2014, 214 s.

 

Dərs və metodik vəsaitlər:

İsgəndərov T.B. Baytarlıq cərrahiyyəsindən praktikum. Gəncə, ADAU nəşriyyatı, 2015, 170 s.

İsgəndərov T.B. Baytarlıq oftalmalogiyası. Gəncə, ADAU nəşriyyatı, 2015, 45 s.

İsgəndərov T.B. Ali təhsilin magistr hazırlığı üzrə “ Əməli cərrahiyyə “ fənnindən proqram. Gəncə, 2015, 15 s.

İsgəndərov T.B. Ali təhsilin magistr hazırlığı üzrə “ Ümumi cərrahiyyə “ fənnindən proqram. Gəncə, 2015, 15 s.

İsgəndərov T.B. Ali təhsilin magistr hazırlığı üzrə “ Xüsusi cərrahiyyə “ fənnindən proqram. Gəncə, 2015, 15 s.

İsgəndərov T.B. Ali təhsilin magistr hazırlığı üzrə “ Eksperimental cərrahiyyə “ fənnindən proqram. Gəncə, 2015, 11 s.

İsgəndərov T.B. Ali təhsilin magistr hazırlığı üzrə “ Baytarlıq cərrahiyyəsinin əsasları “ fənnindən proqram. Gəncə, 2015, 12 s.

 

Məqalələr

“Sayğaclı və okklyuderli angiokanyulya”(rus dilində), ixtira m.ş.1750962, Moskva,1998.  “Herniyaların cərrahi müalicəsində lavsan damar protezinin tətbiqi”, səmərələşdirici təklif, Gəncə ,2000.

Azerbaycan Bizonu Sütünün Amino Asid Içeriği, Yüzüncü Yıl Veteriner Fakültesi Dergisi, Türkiye, 2006, s.103-104

Measurements of portal blood flow in heifers, Ulusal Veteriner Anatomi Konqresi, Van, 2008.

Yem payında proteinin parçalanma səviyyəsinin erkək toğluların işgənbəsində mikrob zülalının sintezi səviyyəsinə təsiri (rus dilində), «Zootexniya» jurnalı, № 10, Moskva, 2008.

Proteini müxtəlif həllolma səviyyəsinə malik olan qarışıq yemlərin toğluların işgənbəsində infuzorların miqdarına və onların növ tərkibinə təsiri, Gəncə Regional Elm Mərkəzi «Xəbərlər məcmüəsi» № 46.  Gəncə, 2012

Аминокислотная питательность кормов для жвачных животных и методы её определения, Материалы международной научно-практической конференции. Перьм, 3-4 апреля 2013 г. Стр.130-136

Synthesis of microbial protein in rumen and the influence of different factors on this process, Istanbul universitesi, veteriner fakultesi dergisi 39 (1), 131-135, 2013

Cavan qaramalın yem payına melassa və şəkər əlavə edilməsinin onların işgənbəsində həzm prosesinə təsiri, Beynəlxalq Elmi-Praktiki Konfransın Materialları. I cild. ADAU. Səh. 473-476, Gəncə 2015