Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Xəsafət Səfərov

Dosent

                                            Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Aqrar Universitetinin “Heyvandarlıq və balıq məhsulları  istehsalının texnologiyası” kafedrasının dosenti.

Mob tel: 070 348 58 39

İş tel: 022 2569719

e-mail:

Doğum tarixi:

26 oktyabr 1954-cü il

Təhsili, elmi dərəcəsi, elmi adı.

1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Zoomühəndislik” fakültəsini bitirib.

1983–Ümumittifaq Kənd Təsərrüfatı Heyvanlarının Yetişdirilməsi Və Genetika Institutunda əyani aspiranturanı bitirmişdir.

1983-cü ildə Ümumittifaq Kənd Təsərrüfatı Heyvanlarının Yetişdirilməsi Və Genetika Institutunda “Ayrşir cinsli buğaların törəmə və damazlıq keyfiyyəti, onun yaxşılaşması yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Aqrar elmlər üzrə fəlsəfə doktoru adını almışdır.

2009-cu ildən dosentdir.

Əmək fəaliyyəti.

1977-1979-F.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda kiçik elmi işçi.

1984-1988-F.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda baş elmi işçi.

1988-hazırda - Azərbaycan Dövlət Aqrar Universitetinin “Heyvandarlıq və balıq məhsulları  istehsalının texnologiyası” kafedrası, dosent.

Apardığı dərslər.

Bakalavrda - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi, heyvandarlıq, balıqçılıq.

Elmi yeniliyi.

Azərbaycanda yetişdirilən müxtəlif növ kənd təsərrüfatı heyvanları üçün səmərli yem norması və yem paylarının işlənməsi və təkminləşdirilməsi.

Tədqiqat sahəsi.

Qaramalın yemləndirilməsi.

Beynəlxalq treninqlər, simpozium və konfranslar.

2004-cü il AKTA-75 Beynəlxalq elmi simpozium külliyatı, Gəncə.

2004-cü il XVII Ulusal bioloji konqresi, Adana, Türkiyə.

2009-cu il Aspirantların, magistrantların və bakalavr pilləsində təhsil alan tələbələrin “Müasir dövrdə aqrar islahatlar: reallıqlar və problemlər” mövzusunda həsr olunmuş elmi-praktiki konfrans, Gəncə.

2014-cü il ADAU-85 il Beynəlxalq elmi-praktik Konfrans “Müasir aqrar elm: qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf prespektivləri”, Gəncə.

 

Seçilmiş əsərləri.

Dərs və metodik vəsaitlər:

Səfərov X.M. Bayramov V.Ə. Azərbaycanda maldarlıq. Bakı 1991. 152 səh.

Səfərov X.M. Quliyev S.M. Qaramalın və camışların yemlənməsi və bəslənməsi. Bakı 2009. 120 səh.

Kənd təsərrüfatı heyvanlarının norma ilə yemləndirilməsi. Gəncə 2010. 67 səh.

Məqalələr

Mextəlif mənşəli ayrşir cinsli törədici buğaların törətmə qabiliyyətinin xarakterizəsi.//ÜİETKTHY və Gİ-nin bülleteni, Leninqrad. 1980.

Müxtəlif xəttə mənsub ayrşir cinsli törədici buğaların sperma məhsulunun keyfiyyəti.//ÜİETKTHY və Gİ-nin bülleteni, Leninqrad. 1981.

Ayrşir cinsli törədici buğaların atalarının damazlıq keyfiyyətinə görə seçilməsinin effektliyi.//Kənd təsərrüfatı heyvanlarının genetikası və seleksiyası problemləri., Leninqrad, 1981.

Ayrşir cinsli törədicilərin damazlıq keyfiyyətinin valideyn indeksinə görə proqnozlaşdırılması.//ÜİETKTHY və Gİ-nin bülleteni, Leninqrad. 1982.

Qonur Qafqaz malının məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsinin bəzi nəticələri.//Az.ETHİ-nun əsərləri toplusu.Bakı 1986.

Qonur Qafqaz malını qoruyub saxlamalı.//Gənc alim və müt.respublika konf.mater., Alma-Ata, 1986.

Qaramalın otlaq şəraitində kökəldilməsinin elmi və praktiki əsasları.//ADAU-nun elmi əsərləri toplusu. N1, Gəncə 2011.

Azərbaycanda qara-ala malın böyümə, inkişaf xüsusiyyəti və ət məhsuldarlığı.// ADAU-nun elmi əsərləri toplusu. N2, Gəncə 2012.

Müxtəlif mənşəli qara malın normal yemləmə şəraitində çoxalma və məhsuldarlıq keyfiyyətinin biokimyəvi-fizioloji əsasları.// ADAU-nun elmi əsərləri toplusu. N3, Gəncə 2010.

Education and recearch in sustainable aqriculture; akademic partnership between Azerbaijan and Norway.//Müasir aqrar elm: qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri ADAU-85 il Beynəlxalq Elmi-Praktik Konfrans, Gəncə 2014.