Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Sübhan Vəliyev

Baş müəllim

 

Azərbaycan Dövlət Aqrar Universitetinin “Heyvandarlıq və balıq məhsulları  istehsalının texnologiyası” kafedrasının baş müəllimi.

Mob tel: 077 477 00 14

İş tel: 022 2569719

e-mail:

Doğum tarixi:

11 iyun 1951-ci il

Təhsili, elmi dərəcəsi, elmi adı.

1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Zoomühəndislik” fakültəsini bitirib.

1995-ci ildən baş müəllimdir.

Əmək fəaliyyəti.

1974-1977- Xanlar rayonu (indiki Göygöl şəhəri) “Bağbanlar kökəltmə zavodu” seleksioner – zootexnik.

1977-1983- Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Zebuçuluq problem” laboratoriyasında laborant.

1983-1986- Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Xüsusi heyvandarlıq” kafedrasında laborant.   

1986-hazırda Azərbaycan Dövlət Aqrar Universitetitinin “Heyvandarlıq və balıq məhsulları  istehsalının texnologiyası” kafedrası, baş müəllim.

Apardığı dərslər.

Bakalavrda - Heyvandarlıqda damazlıq işi, balıqçılıq, heyvandarlıq.

Tədqiqat sahəsi.

Qoyunçuluq

Seçilmiş əsərləri.

Məqalələr

Qara – ala malın və onların Azərbaycan qonur malı ilə mələzlərinin ət məhsuldarlığı, onun iqtisadi faydalılığı. “Xəbərlər məcmuəsi” elmi nəşriyyatı Gəncə 2012. 47/2012, səh.27-30.

Əmtəəlik fermer qoyunçuluq təsərrüfatlarında zərifyunlu mələz qoyunların böyümə və inkişafı, yem və ət məhsuldarlığı. “Xəbərlər məcmuəsi” elmi nəşriyyatı Gəncə 2012. 49/2012, səh.29-31.

Əmtəəlik fermer təsərrüfatlarında müxtəlif yun örtüyünə malik mələz qoyunların məhsuldarlıq və damazlıq keyfiyyətinin öyrənilməsi. ADAU-nun elmi əsərləri. Gəncə 2013.

Əmtəəlik fermer təsərrüfatlarında müxtəlif yun örtüyünə malik mələz qoyunların balaverməsi, kökəldilməsi və süd məhsuldarlığı. ADAU-nun elmi əsərləri. Gəncə 2014. № 2