Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Qalib Dünyamalıyev

Dekan

Baytarlıq üzrə fəlsəfə doktoru, dosent

Mob.tel: (055) 560 18 14

Doğum tarixi:

21 fevral 1958-ci il

Təhsili, elmi dərəcəsi, elmi adı

1975- ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun  (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) baytarlıq   fakültəsinə  daxil     olmuş və 1980 -ci ildə AzKTİ- nin baytarlıq fakültəsini bitirib,   baytar həkimi ixtisası almışdır.

1984 - cü ildə AzKTİ -nin əyani təhsil üzrə aspiranturada təhsil almış və 1989- cu ildə Gürcüstan Tədris - Tədqiqat Zoobaytarlıq İnstitutunda "Toyuqların Streptokokkozunun epizootik vəziyyəti və ona qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda 16.00.03 (Baytarlıq mikrobiologiyası, virusologiya, epizootologiya və mikologiya) şifri üzrə namizədlik dissertasiya  işini müdafiə edərək baytarlıq elmləri namizədi, alimlik dərəcəsi almışdır.   

Əmək fəaliyyəti

2018-cildən Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı

2015-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin “ Epizootologiya,mikrobiologiya və parazitologiya” kafedrasının dosenti 

2012-ci ildə ADAU-nun “Təcrübə və İşədüzəltmə” şöbəsinin müdiri

 2011-ci ildə ADAU-nun Elm şöbəsində Baş metodist 1992-ci ildən etibarən bu günə qədər  kafedranın  dosenti

1988-ci ildə Az KTİ-nin “Epizootologiya və mikrobiologiya”  kafedrasında  assistent 1987-ci ildə AzKTİ-nin Epizootologiya və mikrobiologiya Kafedrasının nəznində olan “Qoyunların infeksion xəstəlikləri”               üzrə problem   laboratoriyasında kiçik elmi işçi 

1983-1984-cü illərdə Gəncə quşçuluq fabrikində baytar həkimi 1981-1983-cü illərdə Xanlar rayon (indiki Göygöl rayonu) kolxozlararası kökəltmə birliyinin süd-əmtəə fermasında baytar həkimi                         

 Apardığı dərslər

Bakalavrda – Baytarlıq virusologiyası

Magistradurada – Elmin müasir problemləri, Mikrobiologiya, virusologiya, immunologiya, Quşların infeksion  xəstəlikləri, Epizootologiya və infeksion xəstəliklər.

Elmi yeniliyi

Azərbaycan Respublikası şəraitində kokk infeksiyalarının  epizoo- tologiyasının, etiologiyasının ilk araşdırıcısı olmuş və bu xəstəlik-lərə qarşı müaklicə sxemi təklif etmişdir.

Tədqiqat sahəsi

Toyuqların kokk infeksiyalarının epizootik vəziyyətinin öyrənilməsi və ona qarşı mütərəqqi mübarizə tədbirlərinin təkmilləşdirilməsi

 Beynəlxalq  treninqlər, simpoziumlar və konfranslar

 Mühüm təhlükəli infeksion xəstəliklərin diaqnostikasına həsr olunmuş Regional Seminar.29-oktyabr-3 noyabr 2009.

 Gürcüstan, Tbilisi Heyvanların infeksion xəstəliklərinə həsr olunmuş Beynəlxalq Konqres 28-30 aprel 2014, Türkiyə, Stanbul.

 “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” Layihəsinin əhatə etdiyi regionlarda dövlət və fərdi ərazi baytarlıq xidmətinin işçilərinə 2003-2005-ci illərdə dərs keçmək üçün dəvət  olunmuşdu. 

Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti /Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin  Gücləndirilməsi Layihəsinin əhatə etdiyi regionlarda dövlət və fərdi ərazi baytarlıq xidmətinin işçilərinə 2015-ci illərdə  Brusellyoz xəstəliyi ilə bağlı dərs keçmək üçün dəvət olunmuşdu.

 Tiflis şəhəri 29.10.2009/03.11.2009 Cənubi Qafqaz ölkələri  baytarlıq təhsili Beynəlxalq Assosiasiyasının sertifikatını almışdı.Gəncə şəhəri 31.08.2015/11.09.2015-ci ildə Bektel təşkilatı    tərəfindən keçirilən treninqdə iştirakçı olub, müvafiq sertifikat almışam.

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında ali məktəb müəllimlərinin ixtisasartırma kursunu bitirmişəm vəsiqə AB № 000018-  12.12.2002-ci il, Vəsiqə  № 000048-05.06.2008-ci il.

Seçilmiş əsərləri

Dərsliklər

Иммунитет с/х животных. Гянджа, 1992, 72 c.

“Baytarlıq virusologiyası”, Bakı, 2009.-30 ç.v.

Epizootologiya və infeksion xəstəliklər. 20 ç.v. həcm ində qrif üçün təqdim olunmuşdur.

Dərs və metodik vəsaitlər

Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin  profilaktikası   və diaqnostikasında işlədilən bioloji    preparatlar. Dərs vəsaiti, Gəncə-2001.- 10 ç. v.                       

Bakalavr səviyyəsi üçün

Baytarlıq virusologiyası  fənnindən Proqram. Bakı, 2015

Buraxılış işlərinin yerinə yetirilməsinə dair metodik göstəriş, 2015

Baytarlıq mikrobiologiyası fənnindən  Proqram, 2015

Baytarlıq immunologiyası fənnindən  Proqram, 2015

Baytar sanitar karantin xidməti fənnindən  Proqram, 2015

 Antropozoonoz xəstəliklər fənnindən  Proqram, 2015

Quş, arı və balıq xəstəlikləri fənnindən  Proqram, 2015

Magistratura səviyyəsi üçün

 Quşların infeksion xəstəlikləri fənnindən  Proqram, 2010

Mikrobiologiya, virusologiya və immunologiya fənnindən Proqram,  2015                        

Epizootologiya və infeksion xəstəliklər fənnindən  Proqram, 2015

 Elmin müasir problemləri fənnindən  Proqram, 2015

Körpələrin infeksion xəstəlikləri fənnindən  Proqram, 2014

İnfeksion xəstəliklərin müasir diaqnostika üsulları  fənnindən Proqram, 2014

Məqalələr

Лабораторная диагностика стрептококкоза ягнят.

II международная конференция ассоциаци  паразитоценологов. Украина Луганск.- 2003

Микробные ассоциации и их значение в возникновении  и течении стрепто­коккоза кур. Грузинский Государственный

Аграрный Университет. Материалы Международной ассоциации ветеринарного образования стран Южного Кавказа. Тбилиси  -2009. 

Toyuqların streptokokkozunun epizootik vəziyyəti və ayrılmış  patogen   mikrob kulturalarının əsas xüsusiyyətlərinin öyrənilməsi. ADAU. Beynəlxalq elmi-praktiki konfransın tezisləri, Gəncə.-2010.

 Комплексный метод лечения кур при смешанных  инфекциях. ADAU. Beynəlxalq elmi-praktiki konfransın tezisləri, Gəncə.- 2010.

 Комплексный метод лечения кур при смешанных инфекциях. Научное обеспечения развития АПК  в условиях      реформирования. Сборник научных трудов Санкт-Петербург.-  2011. 

Quşların qripi. Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi:  Problemlər və perspektivlər. Beynəlxalq Konfransın materialları.23-24 may 2014. -Naxçıvan.- 2014     

Сравнительная оценка лечебно-профилактических  мероприятийи ликвидация стрептококкоза в  птицеводческих хозяйствах Азербайджанской Республики. Baytarlıq Elmi-Praktiki jurnal.- 2014,  -№ 6