Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

“Heyvandarlığın qarışıq qüvvəli yemlə təminatı və damazlıq işinin inkişafı” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetində    Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, Göygöl Süni Mayalanma Mərkəzi ilə birgə keçirilən “Heyvandarlığın qarışıq qüvvəli yemlə təminatı və damazlıq işinin inkişafı” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.

Konfransın məqsədi: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə heyvandarlığın qarışıq qüvvəli yemlə təminatının yaxşılaşdırılması və damazlıq işinin inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir. 

Konfransın bölmələri:

  • Qlobal iqlim dəyişikliyi və heyvandarlığın yemlə təminatı;
  • Heyvandarlığın qarışıq qüvvəli yemlə təminatının mövcud vəziyyəti;
  • Qarışıq qüvvəli yem bazarının strukturu və inkişafı;
  • Süni mayalandırma və embrion köçürmə metodundan istifadənin genişləndirilməsi;
  • Peşəkar süni mayalanma mütəxəssislərinin hazırlanması;
  • Damazlıq heyvanların lizinqi və heyvan subsidiyası;
  • Damazlıq quşçuluğun inkişafı.

 

Konfransın dili: Azərbaycan

Konfransın keçirilmə tarixi: 03.04.2020

Məqalələrin göndərilməsi üçün son tarix: 23.03.2020

 

Məqalələrin  tərtib olunmasına dair tələblər:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda) qəbul olunur;
  • Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, mobil telefon nömrəsi, abzasdan, kursivlə kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail: elm.sh.adau@gmail.com

www.adau.edu.az