Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

AQRAR UNİVERSİTETDƏ QUŞÇULUĞUN İNKİŞAFI İLƏ BAĞLI MÜQAVİLƏ İMZALANIB

Azərbaycan Dövlət Aqrar Universitetində müştərək elmi tədqiqat İşlərinin aparılmasına dair daha bir lahiyə əsasında yeni müqavilə imzalanıb. Bu cür layihə və müqavilələr təhsil müəssisəsində ilk deyil.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, yeni imzalanan müqavilədə məqsəd Azərbaycanda quşçuluq sahəsində damazlıq işlərini və quşçuluğun inkişafını sürətləndirmək, müştərək elmi tədqiqat işlərininin aparılmasını təşkil etmək, əldə olunan nəticələri Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan fermer və sahibkarlara tövsiyyə xarakterli təlimatlarla çatdırmaqdır. Müsüslü Damazlıq Quşçuluq təsərrüfatının rəhbəi Qiyas Hacıyevlə müqavilə bağlanmazdan əvvəl ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov təhsil müəssisəsi barədə ətraflı məlumat verib və deyib ki, bu müqavilədə əsas hədəfimiz quşçuluqda elmi baza yaratmaq, tələbələrin istehsalat təcrübəsini təmin etmək və bazar rəqbətli kadrlar hazırlamaqdır.  Yaxın vaxtlarda daha bir neçə müqavilə isə universitetin müvafiq fakültələri ilə şoran torpaqların təmizlənməsi və əkinə tam yararlı hala gətirilməsi ilə əlaqədar olacaq.

Aparılacaq elmi tədqiqat işinin şərtlərinə uyğun müəssisə tərəfindən ADAU-nun quşçuluq tədris mərkəzinə pulsuz olaraq 2.000 cücə, dərman və peyvənd vasitələri, həmçinin 8 ton quş yemi veriləcək. Aqrar universitet isə saxlanılan cücələrin və istifadə edilən yemlərin bütün texniki parametrlərini elmi əsaslarla işləyib müvafiq tövsiyyə xarakterli təlimatların yayılmasını, həmçinin bu sınağın elmi jurnallarda, konfranslarda və kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edəcəkdir.