Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

ADAU-nun daha 4 əməkdaşı Prezident sərəncamı ilə mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı daim Azərbaycan Dövlət Aqrar Universiteti ilədir. Son on ildə aqrar universitetin təmiri, maddi texniki bazasının gücləndirilməsi, yeni dünyagörüşünə malik gənclərin universitetə cəlb edilməsi, ölkəyə vacib hesab edilən 15 ixtisasın tələbələrinin tam tərkibdə dövlət sifanrişinə götürülməsi, aqrar gənc tələbələr üçün 4 ulduzlu otel səviyyəli tələbə evlərinin tikilməsi, hər iki tələbə evinin açılışında şəxsən iştirakı və onlarla digər məsələlərin həlli Prezident İlham Əliyevin birbaşa aqrar təhsilə və aqrar elmə diqqətinin təcəssümüdür. 
Bu günlərdə isə təhsil müəssisəsi daha bir şad xəbər alıb. Universitetin daha 4 əməkdaşı kənd təsərrüfatı işçilərinin peşə bayramı munasibətilə fəxri adlara layiq görülüb. Biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov, professor Eynəddin Məmmədov "Tərəqqi medalı" ilə təltif olunub, professor Xaliq Qurbanov və professor Nurəddin Məmmədov isə "Əməkdar müəllim" Fəxri adına layiq görülüb. Bu münasibətlə əməkdaşlarımızı, ümumiyyətlə, kənd təsərrüfatının inkişafında xidmətlərinə görə təltif olunan və fəxri adlara layiq görülən bütün şəxsləri səmimi qəlbdən təbrik edir, işlərində yeni-yeni uğurlar arzulayılıq.