Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Baytarlıq klinikası

15 sentyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində açılmış Baytarlıq Klinikası ev heyvanlarına xidmət göstərməyə tam hazırdır. Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) ilə dəstəyi ilə universitetə verilmiş  29 adda, Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunmuş  avadanlıq və alətlər vasitəsilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyatlar müasir standartlara uyğun həyata keçirilir. Klinikada mövcud olan qeydiyyat, müayinə, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyat otaqları  xüsusi antibakterial örtüklə üzlənmiş,  mebel, tibbi şkaflar və digər avadanlıqlarla təchiz edilmişdir.

Klinikanın təklif etdiyi xidmətlərdən faydalanmaq istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:

Gəncə şəhəri, Ozan küçəsi 210.

ADAU-nun baytarlıq korpusu

Tel: 050-614-96-61

        022-256-37-83

        022-256-02-27

E-mail: vetclinic@adau.edu.az