Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Qapalı və açıq balıq yetişdirmə laboratriyası

Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi növbəti tədris ilinə hazırlıq işlərində əsas yerlərdən birini tutur. Belə ki, “balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mü­tə­xəssis hazırlığının keyfiyyətini yaxşı­laşdırmaq məqsə­dilə fakültənin nəzdində ümumi sahəsi 72 m2 olan “Qapalı balıqyetiş­dirmə laboratoriyası” yaradıl­mış və iki növdə 2 min dən çox balıq yetiş­di­ril­mə­sinə baş­lan­mışdır. Artıq həmin ərazi­də 16 ədəd açıq su hovuzunun inşası başa çatdırılmış və onların 8-də artıq müxtəlif cins balıqlar bəslənilir. Laboratoriyada tələbələr balıq kürüsünün alın­ması, mayalandırılması məsələlərindən başlayaraq, balıq alın­ma­sınadək bütün texnoloji prosesdə iştirak edərək, həm­çinin müxtəlif növ balıqların yetişdirilməsi və yem­lən­dirilməsi texnologiyasına da yiyələnirlər.