Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Dursun Adıgözəlova 

Dosent

Kənd təsərrüfatı elmləri namizədi (aqrar elmləri üzrə fəlsəfə doktoru), dosent

Azərbaycan Dövlət Aqrar Universitetinin Anatomiya, patanatomiya və patfiziologiya  kafedrasının dosenti

e-mail:     

dursun.adıgözəlova @  box.az                                                                    

Doğum tarixi

23 yanvar 1957-ci il

Təhsili, elmi dərəcəsi, elmi adı

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib.

1997-ci ildə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunda aspiranturanı bitirib.

1998-ci ildə «Azərbaycan Respublikasında ardıcıl sənaye yemləmələri ücün məhsuldar tut

 ipəkqurdu hibridlərinin seçilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, “Xüsusi zootexniya, heyvandarlıq məhsulları istehsalı texnologiyası” ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi (aqrar elmləri üzrə fəlsəfə doktoru) adını almışdır.

2004-cü ildən dosentdir.

Əmək fəaliyyəti

2015- hazırda -Azərbaycan Dövlət Aqrar Universitetinin “Əczaçılıq və BSE” kafedrasıının dosenti

2011-2014-cü illər Azərbaycan Dövlət Aqrar Universitetinin “Morfologiya, gigiyena və BSE” kafedrasının müdiri

2004-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Fiziologiya, zoogigiyena və BSE” kafedrasında dosent

1996-cı ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Zoologiya, zoogigiyena və BSE” kafedrasında baş müəllim

1992-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Zoologiya, zoogigiyena və BSE” kafedrasında assistent

1986-1992-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin “Zoologiya, zoogigiyena və BSE” kafedrasında laborant

1980-1986-cı illərdə Gədəbəy rayonunda biologiya, kimya müəllimi

1975-ci ildə Gədəbəy rayonunda  “Paris Kommunası” adına sovxozda fəhlə

110-dan çox məqalə, tezis, dərs proqramları, metodiki göstəriş, metodiki və dərs vəsaitləri, dərsliklər, tövsiyələr və s. müəllifidir.

Apardığı dərslər

Bakalavrda – “Zoologiya”, “Onurğasızlar zoologiyası”, “Onurğalılar zoologiyası”, “Ovçuluğun əsasları ilə meşə heyvanlarının biologiyası”

Magistraturada  -  “Zoologiyanın əsasları”

Elmi yeniliyi

İlk dəfə olaraq tut ipəkqurdu hibridləri üzərində üç müddətdə, aralarında 20-+1 gün fasilə olmaqla ardıcıl yaz yemləmələri aparılmış və hər  bir müddət üçün özünü döğruldan hibridlər seçilmişdir

Mükafatları:

2007-ci il- AKTA-da Elmi konfransın təşkili və keçirilməsində iştirakına görə - AKTA-dan  təşəkkür

2009-cu il- “lin müəllimi”- tədris, metodiki, elmi, təşkilatı,ictimai fəaliyyətinə   görə - ADAU- dan təltif

2011-ci il- Səmərəli fəaliyyətinə və 8 marta görə - ADAU-dan təşəkkür

2013-cü il- Səmərəli fəaliyyətinə və 8 marta görə - ADAU-dan təşəkkür

Tədqiqat sahəsi

İpəkçilik, ipəkqurdu

İpəkqurduna zərər verən bəzi dəriqurdları, onlara qarşı mübarizə tədbirləri, ipəkqurdunun və  bəzi dəriqurdlarının biologiyası

Makro- və  mikroekoloji amillərin tut ipəkqurduna və onun məhsuldarlığına təsiri, optimal saxlanma normalarının hazırlanması

Beynəlxalq treninqlər, simpozium və konfranslar

 

1998-ci il-  Azərbaycan Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin Beynəlxalq YII qrultayı, Bakı

2003-cü il-   Azərbaycan Zooloqlar Cəmiyyətinin Beynəlxalq I qrultayı, Bakı

2003-cü il-   Gəncə- Qars Beynəlxalq Baytarlıq Simpoziumu, Gəncə

2004-cü il -   AKTA-nın 75 illiyinə həsr olunmuş Beynəxalq Elmi Simpozium, Gəncə

2008-ci il-  Amerikanın USDA Beynəlxalq təşkilatının ərzaq təhlükəsizliyinə dair treninqi, 5-8 May, Gəncə

2010-cu il- “Aqrar təhsil sistemində informasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları ” Beynəlxalq elmi-praktik konfrans, 21-22 May, Gəncə

2011-ci il -“Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri” Beynəlxalq elmi-praktik konfrans, 03-05 oktyabr, Gəncə

2012—ci il - “Təhsilin yeniləşməsi və inkişaf etdirilməsində beynəlxalq meyllər: kredit sistemində qiymət, dəyər və keyfiyyət” Beynəlxalq simpozium, 23-24 noyabr, Gəncə

2014-cü il- , Qloballaşma şəraitində əsrin akrual problemləri və inkişaf perspektivləri –Beynəlxalq elmi-praktik konfrans, Gəncə

2015-ci il-  “Türkiye Doğal Beslenme ve Yaşam Boyu Sağlık Zirvesi”, 20-23 Mays 2015,    Bilecik, Türkiye

 

 

Seçilmiş əsərləri

Dərsliklər:

“Zoologiya və ovçuluğun əsasları” – Nafta-Press nəşriyyatı, Bakı, 2011, 422 s.

“Zoologiya və heyvanlar aləminin mühafizəsi” - Nafta-Press nəşriyyatı, Bakı, 2014, 470 s.

Dərs və metodik vəsaitlər:

 “Zoologiyadan laboratoriya işlərini yerinə yetirmək üçün”, Çaşıoğlu mətbəəsi, Bakı, 1999, 31 s.

“Zoologiya”, AKTA-nın nəşriyyatı, Gəncə, 2008, 26 s.

“Zoologiyadan laboratoriya işlərini yerinə yetirmək üçün”, AKTA-nın nəşriyyatı, Gəncə, 2011, 36 s.

 “Zoologiya”, ADAU-nun nəşriyyatı, Gəncə, 2011, 164 s.

“İxtiologiya”, ADAU-nun nəşriyyatı, Gəncə, 2011, 62 s.

“Tut ipəkqurdunun zərərvericiləri (bəzi dəriqurdları) və onlara qarşı yeni mübarizə tədbirləri”, ADAU-nun nəşriyyatı, Gəncə, 2012, 8 s.

“Tut ipəkqurdunun saxlanma çəraitinin onun bioloji göstəricilərinə təsirinin öyrənilməsi”,    ADAU-nun nəşriyyatı, Gəncə, 2015, 12 s.

Məqalələr

“Ardıcıl sənaye yemləməlində  müxtəlif tut ipəkqurdu hibridlərinin bioloji  göstəriciləri”. AMEA-nın 50 illiyinə həsr olunmuş konfransın materialları, Gəncə, 1995,  s.163-167

“İpəkçilikdə yaz yemləmələrində yüksək texnoloji göstəriciləri ilə seçilən tut ipəkqurdu hibridləri”.|| Azərbaycan Aqrar Elmi, Bakı, 1997, № 5-6, s.65-66

“İpəkçilikdə ardıcıl yaz yemləmələri üzrə çəkil yarpağının yemlik keyfiyyətinin öyrənilməsi”. ||Azərbaycanın Aqrar Elmi, Bakı,  1998, № 1-2, s.79-80

“Ardıcıl sənaye yemlərində müddətlər üzrə yüksək məhsuldarlığı ilə seçilən tut ipəkqurdu hibridləri”.Gənc alim və mütəxəssislərin Ümumi Pespublika Konfransının materialları, Bakı, 1998, s.123-124

“Erkən yay yemləmələrində yüksək məhsuldarlığı ilə seçilən tut ipəkqurdu hibridləri”. ||  Az.EA-nın xəbərlər məcmuəsi ,№1, Gəncə, 1998, s.14-15

“Fermer təsərrüfatları üçün məhsuldar tut ipəkqurdu hibridləri”.ADKTA-nın elmi əsərlər toplusu.Gəncə, 1999 , s.46-47

“Müddətlərdən asılı olaraq yarpağın yeyilmə faizinin dəyişilməsi”.ADKTA-nın elmi əsərlər toplusu., Bakı, 2001, s.50-51

“Tut ipəkqurdunun bioloji göstəricilərinə yemləndirilmə  müddətlərinin təsiri”. ADKTA-nın Elmi əsərlər toplusu.Gəncə, 2002, s.50-53

“Philantzus triangulum F.Arısının qida əlaqəsi”. || Az.Resp. “Təhsil” Cəmiyyəti, “Bilgi” dərgisi kimya-biologiya-tibb.Bakı, 2002, №3, s.46-48

“Ardıcıl sənaye yemləmələri üçün seçilmiş tut ipəkqurdu hibridlərinin iqtisadi səmərəliliyi”.Azərbaycan Zooloqlar Cəmiyyətinin I qurultayının materiallarının məqalələr toplusu, Bakı, 2003 s.165-169

“Dəri qurdlarının bəzi növlərinin biologiyası”. ||Azərbaycan Respublikasının “Təhsil” cəmiyyətinin “Bilgi” dərgisi,Kimya biologiya tibb”.Bakı, 2003s.50-52

“Philantzus triangulum F.Arısının fəallığı və onun bəzi davranış xüsusiyyətləri”. || Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri, Biologiya elmləri  seriyası, №1-2, Bakı, 2003, s.108-114

“Maraqlı və məhsuldar canlı”.A.Ə.Ağabəylinin 100 illiyinə həsr  olunmuş Akademiyanın elmi əsərlər toplusu, I buraxılış, Gəncə, 2005, s.91-92

“Dəriqurdlarına qarşı mübarizə tədbirlərinin iqtisadi səmərəliliyi”. M.İ.Cəfərovun 70 illiyinə həsr olunmuş Akademiyanın elmi əsərlər toplusu,  Gəncə, 2006, s.381-383

“Tut ipəkqurdunun zərərvericilərinə qarşı istifadə olunan preparatlar”. Aspirantların, magistrantların məqalələr toplusu, AKTA nəştiyyatı, Gəncə 2007, s.129-130

“Dəriqurdlarının coğrafi yayılması və onlara  qarşı mübarizə tədbirləri”. AKTA-nın elmi əsərlər toplusu,  Gəncə, 2009, I buraxılış, s.86-89

“Dəriqurdlarının inkişafına nəmliyin təsiri”.ADAU-nun 80 illik yubileyinə həsr olunmuşBeynəlxalq elmi praktiki konfrans,II cild, Gəncə, 2010, s.16-17

“Böyük “İpək yolu”, həm də xalqların həmrəylik yoludur”, “Qloballaşma   şəraitində təhsil və elmin inkişaf problemləri” Beynəlxalq elmi-praktik konfrans,  03- 05    oktyabr, Gəncə, 2011, s.116-117

“Kredit sisteminin gətirdiyi yeniliklər və keyfiyyət”, “Təhsilin yeniləşməsi və inkişaf etdirilməsində beynəlxalq meyllər: kredit sistemində qiymət, dəyər və keyfiyyət” Beynəlxalq simpozium, 23-24 noyabr, Gəncə, 2012, s.222-223

“Müxtəlif şəraitdə saxlanılmış tut ipəkqurdlarının bioloji göstəricilərinin öyrənilməsi”, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  ümumrespublika  elmi-praktik konfransın materialları, Gəncə, 2013, s. 89-91

“Bioekoloyi amillərin tut ipəkqurdunun texnoloyi göstəricilərinə təsiri”. Qloballaşma şəraitində əsrin akrual problemləri və inkişaf perspektivləri – Beynəlxalq elmi-praktik konfransın materialları, Gəncə, 2014, II cild, s.103-105

“Quality of  The Food Products The First Vision”  -  Elmi məqalə, “Türkiye Doğal 

Beslenme ve Yaşam Boyu Sağlık Zirvesi”, 20-23 Mays 2015, Bilecik, Türkiye, s.291-292