Mühəndislik fakültəsi

YERÜSTÜ NƏQLİYYAT VASİTƏLƏRİ VƏ TEXNİKİ SERVİS KAFEDRASI

 Kafedra müdiri:  t.e.d., dosent  Vaqif MİRZƏLİYEV

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 102, otaq 322

Tel. (+994 22) 256 81 29

E-mail: office@adau.edu.az

         “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasının əsası 1950-ci ildə qoyulmuşdır. Həmin ilə qədər bu kafedrada, həm də maşınların təmiri fənni tədris edilmişdir. 1998-ci ilə qədər kafedranın adı “Maşın-traktor parkının istismarı” olmuşdur. Lakin 1998-ci ildə kafedranın adı “Aqrar istehsalatın texniki təminatı” adlandırılmış və 2003-cü ildə “Əmək mühafizəsi və Mülki müdafiə” kafedrası ləğv edilərək bu kafedraya birləşdirilmişdir. 2007-ci ildə kafedranın adı yenidən dəyişdirilərək “Maşınların istismarı, texniki servis və həyat fəaliyyətinin təhlükəsizliyi”  adlandırılmışdır.  Kafedranın yaradıcısı dos. M.M.Bağırzadə olmuş və o, 1967-ci ilədək kafedra müdiri vəzifəsində işləmişdir. Həmin illərdə dos. Y.M.Zeynalov, dos. C.Q.Ələkbərov, baş müəllim B.N. Məmmədov, assistentlər T.C.Məmmədov və V.A.Lapin onunla birlikdə işləmişlər.  16.09.2015-ci il tarixli  584 saylı əmrə əsasən “Meliorasiya tikintisi və texniki servis” kafedrasının adı dəyişdirilərək “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrası adlandırılmışdır.

Vaxtilə burada çalışmış alimlər: prof. İ.İ.İsmayılov, dos. Y.M.Zeynalov, dos. M.M.Bağırzadə, dos. C.Q.Ələkbərov  və  başqaları

         Mütəxəssis hazırlığı aparılan ixtisaslar: Kafedrada  tərəfindən bakalavriat, magistratura və doktorantura səviyyələrində yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi  istiqamətində mütəxəssis  hazırlığı həyata keçirilir.  Burada məqsəd,  avtomobil və traktorların quruluşunu, iş prinsipi və eyni zamanda avtomobil, traktor, kombayn və bütün kənd təsərrüfatı maşınlarının istismar qaydalarını, texniki xidmət və diaqnostikanın təşkilini, saxlanma qaydasını öyrətməkdir.

         Kafedranın maddi-texniki bazası:  Hal-hazırda tədris olunan fənlər üzrə laboratoriya dərslərinin  daha yüksək səviyyədə təşkili, tələbələrin ixtisasına uyğun təcrübi vərdişlərə daha yaxşı yiyələnməsi üçün traktorlar və avtomobillət istismara yararlı vəziyyətə gətirilmişdir. Tələbələrin laboratoriya dərslərində iştirakı zamanı işçi yerlərində çalışması üçün kafedraya 15 dəst kombinizon alınıb verilmişdir. Tələbələrin sürücülük vərdişlərinə yiyələnməsi üçün sürücülük təlim meydançası yaradılmışdır.  Bundan başqa,  kafedrada  avtomobillər və traktorlar labora­to­riyası   mövcuddur.

Kafedrada tədris olunan fənlər üzrə dərslik təminatını yaxşılaş­dır­maq üçün kafedra əməkdaşları tərəfindən son beş ildə 12 dərslik , 9 dərs vəsaiti  hazırlanaraq nəşr olunmuşdur. Tədris olunan bütün fənlər üzrə fənn proqramları yenidən işlənmişdir.