Mühəndislik fakültəsi

 Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci tələbələri universitetimizdə

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri universitetimizin qonağı olub.  Onlar təhsillərinin davamlığı məqsədilə bu səfər çərçivəsində Universitetlə tam tanış ola biliblər. Tanışlıq zamanı kollecin tələbələri universitet haqqında geniş məlumat əldə ediblər. Onlara universitetin tarixi, mövcud ixtisaslar, adlı auditoriyalar, texniki təchizat, quşçuluq, laboratoriyalar, istixanalar, tələbə evləri, mərkəzlər, maşın-traktor parkı, heyvandarlıq kompleksi haqqında ətraflı məlumatlar verilib. Tələbələr anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir tələbənin diqqətini çəkib, onlarda xoş təəssüratlar yaradıb.