Mühəndislik fakültəsi

“Azərbaycanda aqrar sahənin texniki resurslarla təminatı: nəticələr, perspektivlər” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetində Aqromexanika Elmi-Tədqiqat İnstitutu ilə birgə keçirilən “Azərbaycanda aqrar sahənin texniki resurslarla təminatı: nəticələr, perspektivlər” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.

Konfransın məqsədi: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla təminatının yaxşılaşdırılması və aqroservis xidmətləri bazarının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin texniki resurslarla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir. 

Konfransın bölmələri:

  • Aqrar sahənin maddi-texniki resurslar bazarının inkişafı;
  • Aqroservis xidmətləri bazarının inkişafı;
  • Kənd təsərrüfatı texnikalarının lizinqi və güzəştli şərtlərlə satışı;
  • Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili;
  • Aqrar sahədə resursqoruyucu və innovativ texnikalardan istifadə;
  • Yeni lizinq qaydalarının istehsalın iqtisadi səmərəliliyinə təsiri;
  • Aqromühəndislik sahəsində kadr hazırlığı sisteminin təkmilləşdirilməsi;
  • Texniki resursların yerli istehsalının stimullaşdırılması.

 

Konfransın dili: Azərbaycan

Konfransın keçirilmə tarixi: 16 mart 2020-ci il.

Məqalələrin göndərilməsi üçün son tarix: 12 mart 2020-ci il.

 

Məqalələrin  tərtib olunmasına dair tələblər:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda) qəbul olunur;
  • Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, mobil telefon nömrəsi, abzasdan, kursivlə kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail: elm.sh.adau@gmail.com

www.adau.edu.az