Mühəndislik fakültəsi

ADAU komandasının layihəsi Saratov Dövlət Aqrar Universitetində birinci yerə layiq görülüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) mühəndislik fakültəsinin dosenti Şahlar Babayevin rəhbərliyi ilə tələbələr Ayaz Hüseynli və Rüstəm Zahirov tərəfindən hazırlanmış, 16-31 oktyabr 2017-ci ildə Rusiya Federasiyasının İ.İ.Vavilov adına Saratov Dövlət Aqrar Universitetində keçirilmiş “Mənim gələcək peşəm” adlı Beynəlxalq Tələbə Olimpiadasına təqdim olunmuş "Otaqlara dolmuş arzuolunmaz qazları və çirkli havanı təmizləyən qurğu" adlı material olimpiadanın münsiflər heyəti tətəfindən yüksək 
qiymətləndirilmişdir. Hər iki nominasiya - təqdim olunan sənədli video çarxı və innovasiyalı slayd istiqamətləri üzrə  Birinci dərəcəli diplom layiq görülüb, layihənin rəhbəri dosent Şahlar Babayev Fəxri Fərman, tələbələr Hüseynli Ayaz və Zahirov Rüstəm Təşəkkürnamə ilə təltif olunublar.