Mühəndislik fakültəsi

ADAU-da quruculuq və abadlıq işləri daha da sürətlənib

2017/2018-ci tədris ilinə hazırlıq məqdsədilə Azərbaycan Dövlət Aqrar Uniiversitetinin (ADAU) bütün tədris korpuslarında quruculuq və abadlıq işləri həyata keçirilir. Havaların isti keçməsinə baxmayaraq universitetin könüllülərdən ibarət əməkdaşları bu işlərə yaxından köməklik göstərir, növbəti tədris ilinə  yüksək səviyyədə hazırlıq üçün əllərindən gələn köməkliyi əsirgəmirlər.  Yeni tələbə yataqxanasının, süni mayalanma tədris mərkəzinin və müasir heyvandarlıq kompleksinin ətrafında olan ərazilərin təmizlənməsi, dekarativ ağac və kol bitkiləri ilə bəzədilməsi daha intensiv xarakter alan işlərdəndir. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılmış müasir heyvandarlıq kompleksi üçün gətiriləcək heyvan cinsləri üçün müzxətlif yemlər tədarük olunub, süni mayalanma tədris mərkəzində isə işlər yekunlaşıb.

Bütün bunlar və digər quruculuq, adablıq işləri onu deməyə əsas verir ki, universitet növbəti tədris ilinə yüksək səviyyədə hazırlaşır və bütövlükdə keyfiyyətli təhsil vermək məqsədilə müvafiq şəraitin yaradılması üçün mövcud imkanları səfərbər edir.