Mühəndislik fakültəsi

TEXNİKİ MEXANİKA VƏ QRAFİKA KAFEDRASI

Kafedra müdiri:  Şahlar BABAYEV

Ünvan:  Az 2016.Gəncə şəhəri, Özan küçəsi, 104, Mühəndislik korpusu

Tel. (+994 22) 256 81 29

E-mail: office@adau.edu.az

“Texniki mexanika və qrafika” kafedrasının əsası1930-cu ildə qoyulmuşdur. 1930-cu ildə kafedra “Mexanika”, 1937-ci ildə “Nəzəri mexanika, maşın mexanizmlər nəzəriyyəsi və maşın hissələri, 1985-ci ildə “Nəzəri mexanika”, 1990-cı ildə  “Mexanika” adlandırılmışdır. 2009 –cu ildə kaferanın bir neçə fənni  “Memarlıq” , bir neçə  fənni isə “Kənd təsərrüfatı texnikası və  maşın hissələri” kafedrasına  verilmişdir. 2011-ci ildən “Texniki mexanika və qrafika” kafedrası kimi fəaliyyət göstərir.

Vaxtilə burada çalışmış alimlər: Prof. N.M.Hüseynov, prof. F.A.Məmmədov, prof. T.Qluyev, prof.  Y.Y.Ştayerman,  mühəndislər İ.Zalataryov və A.R.Bəylərbəyov, dos.  H.Y.Hacıyev, dos. K.H.Fətəliyev və başqaları.

Kafedranın maddi-texniki bazası: Nəzəri fənlərin tədrisi üçün müasir avadanlıqlarla təchiz olunmuş üç mühazirə otağı və dörd laboratoriya mövcuddur.

Kafedranın elmi istiqaməti: Yerli təbii iqlim şəraitinə uyğun müasir meyvə bağlarının salınması, becərilməsi və ekoloji təmiz məhsul istehsalı, emalı və saxlanması texnologiyasının işlənməsi; respublikanın meliorasiya və su təsərrüfatı tikintilərində istifadə edilən müasir torpaqqazan və nəqledən maşınların işçi proseslərinin tədqiqi.