Mühəndislik fakültəsi

MAŞIN MÜHƏNDİSLİYİ VƏ STANDARTLAŞDIRMA KAFEDRASI

Kafedra müdiri: t.f.d., prof. Ziyad ABBASOV

Ünvan:  Gəncə şəhəri, Özan küçəsi, 102, Mühəndislik korpusu

Tel. (+994 22) 256 81 29

E-mail: office@adau.edu.az

Kafedra 1937-ci ildə təşkil edilmiş və onun ilk adı “Təmir işləri” olmuşdur.   Müxtəlif adlar altında fəaliyyət göstərən kafedra struktur  dəyişiklikləri ilə əlaqədar olaraq 2011-ci ildən eti­ba­rən kafedra “Maşın mühəndisliyi və standartlaşdırma” adı ilə fəaliyyət göstərməyə başlamışdır.

          Vaxtilə burada çalışmış alimlər: dos. Bağırzadə Mənaf Miriş oğlu,  dos.Həmzəyev İsmayıl Əli oğlu, dos.Vəliyev Məhərrəm İsmayıl oğlu, dos. Şirinov Nurəddin Aslan oğlu, b.m. Şırvanskaya Firuzə Muxtar qızı, t.e.n. b. m. Əliyev Fəxrəddin Qəhraman oğlu, t.e.n., b.m. Hacıyev Rafiq Qəhraman oğlu, b.m. Korobov Konstantin Pavloviç, dos. Hüseynquliyev Rüstəm Məmməd oğlu, dos. Həbiyev İsmayıl Nəsib oğlu,  dos. Hüseynov İbrahim Məmməd oğlu, dos. İsgəndərov Eyvaz Nəsir oğlu,  dos. Həsənov Məmməd Həsən oğlu və başqaları.

          Mütəxəssis hazırlığı aparılan ixtisaslar: Kafedrada bakalavriat və magistratura səviyyələrində “metrologiya, standartlaşdırma, sertifikasiya mühəndisliyi” və “maşın mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. Kafedranın əsas məqsədi qeyd ixtisaslar üzrə mütəxəssis hazırlığını müasir tə­ləb­lər səviyyəsinə çatdırmaqla, beynəlxalq standart­laş­dır­ma təşkilatlarının  fəaliyyətini, maşınqayırmada olan innovasiya tex­no­lo­gi­ya­la­rı­nı, aqrar istehsalatda yeni fəaliyyət formalarını dərindən öyrətməkdən ibarətdir.

          Kafedranın elmi istiqaməti: Kafedra əməkdaşları tərəfindən “Qərb bölgəsinin dəmyə torpaq şəraitində  kartof istehsalı üçün yeni torpaq qoruyucu texnologiyanın və maşınlar kompleksinin əsaslandırılması” mövzusunda elmi tədqiqat işi aparılır.T.e.d., prof. Z.M.Abbasovun elmi rəhbərliyi altında  5 nəfər dissertant və 1 nəfər doktorant eımi tədqiqat işləri yerinə yetirir.

          Tədris-metodiki vəsaitlər: Kafedranın əməkdaşları tərəfindən dərsliklər, dərs vəsaitləri, tədris-metodik vəsaitlər, proqramlar, texniki terminlər lüğətləri  və s. yazılıb nəşr edilmişdir. Bunlardan  prof.M.M.Nuriyev və dos. İ.M.Hüseynovun yazdığı   “Traktorların istismarı və təmiri”, “Traktor, kənd təsərrüfatı maşınlarının təmiri və istismarı”, “Maşınların etibarlılığının fiziki əsasları” və “Texniki terminlər lüğətini” və s. göstərmək olar. Kafedra əməkdaşları prof. E.Məmmədov, dos. F.H.Hacıyev və dos.əv. T.Məmmədov tərəfindən “Qarşılıqlı əvəzolunmanın əsaları” fənnindən dərslik nəşr etdirilmişdir. Bundan başqa,  “Standartlaşdırmanın əsasları”, “Xətti bucaq və mexaniki ölçmələr”, “Texnoloji ölçmələr”, “Materialşünaslıq və konstruksiya materiallarının texnologiyası”, “Texnoloji təchizat vasitələri”, “Maşınqayırma texnologiyasının əsasları” fənlərindən metodik vəsaitlər hazırlanmışdır. 2016-cı ildə kafedranın dosenti N.K.İsmayılov tərəfindən iri həcmli “Metrologiya, standartlaşdırma və sertifikasiya” adlı və prof. Z.M.Abbasovun “Kənd təsərrüfatı maşınqayırma texnologiyası” və prof. Z.M.Abbasovun, N.K.İsmayılovun “Texnoloji ölçmələr” adlı üç dərs vəsaitləri dərc edilmişdir.