Mühəndislik fakültəsi

MELIORASIYA VƏ HIDROTEXNIKI QURĞULAR KAFEDRASI

Kafedra müdiri: a.e.f.d., professor Mirnaib MİRSALAHOV

Ünvan: AZ2016. Gəncə şəhəri, Özan küçəsi, 104, Mühəndislik korpusu

E-mail: office@adau.edu.az

             mirnaib.mirsalahov@gmail.com

Tel: +994 22 2560268

        +994 55 6060035

        +994 50 5148189

 

Kafedranın tarixi: Meliorasiya və hidrotexniki qurğular kafedrası ilk dəfə 1923-cü ildə Zaqafqaziya Sənaye İnşaat İnstitutunun Hidromeliorasiya fakültəsinin tərkibindən ayrılaraq Tbilisi şəhərindən Gəncə şəhərinə köçürülmüşdür. Bundan sonra, 1929-cu ilədək Gəncədə Zaqafqaziya Hidromeliorasiya İnstitutu fəaliyyət göstərmişdir. Müxtəlif adlar altında fəaliyyət göstərmiş kafedra 2011-ci ildən “Meliorasiya və su təsərrüfatı tikinti mühəndisliyi” ixtisasının açılması ilə əlaqədar olaraq 2015-ci ildə yenidən təşkil olunmuş və “Meliorasiya və hidrotexniki qurğular” kafedrası adlandırılmışdır.

Vaxtilə burada çalışmış alimlər: Akademik M.İ.Cəfərov, professor V.P.Smirnov-Loqinov, professor V.V.Akimtsev, professor M.T.Əsgərbəyli, professor Q.İ.Kolotov, professor F.H.Axundov, professor C.Ə.Hacıyev, dosent A.F.Şəfibəyov, dosent M.A.Ağamirov, dosent Q.M.Nəbiyev və başqaları.

 

Kafedranın elmi istiqaməti: Vaxtilə kafedranın alimlərindən professor V.P.Smirnov-Loqinovun rəhbərliyi ilə Azərbaycanın ilk torpaq xəritəsi tərtib olunmuş, dosent A.V.Şəfibəyovun rəhbərliyi altında Torpaqların kimyəvi xassələri və onun münbitliyinin artırılması problemi işlənmiş, dosent B.M.Ağayevin kafedrada müdir işlədiyi dövrdə elmi-tədqiqat işləri torpaqların fiziki-kimyəvi xassələrinin öyrənilməsinə istiqamətlənmiş, M.A.Ağamirovun rəhbərliyi altında respublikada torpaq ehtiyatlarının rasional istifadə olunma problemi işlənmiş, akademik M.İ.Cəfərovun rəhbərliyi altında Azərbaycan torpaqlarının fosfat problemi öz həllini tapmışdır. Son illərdə isə kafedarnın müdiri, ADAU-nun professoru a.e.f.d. M.M.Mirsalahovun rəhbərliyi altında Azərbaycanın Kür-Araz ovalığının suvarılan torpaqlarının meliorativ rejimlərinin nizamlanması probleminin həlli üzrə elmi-tədqiqat işləri davam etdirilir. Elmi-tədqiqat işlərinin nəticəsi olaraq ”Kür-Araz ovalığı suvarılan torpaqlarında ekoloji amillər nəzərə alınmaqla meliorativ rejimlərin nizamlanması” adlı monoqrafiya yazılmışdır.

Kafedrada tədris olunan fənlər: hidrotexniki meliorasiya, hidrotexniki qurğular, meliorasiya işlərinin təşkili, texnologiyası və idarə edilməsi, hidrotexniki tikintilərin təşkili, meliorasiya, hidrologiya, hidravlika və hidravlik maşınlar, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi, torpaqların meliorasiyası, rekultivasiyası və mühafizəsi, meliorasiya mühəndis sistemlərinin istismarı və s.