Mühəndislik fakültəsi

Mühəndislik fakültəsinin daha bir qrup tələbəsinə sürücülük vəsiqəsi veriləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühəndislik” fakültəsinin nəzdində “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları təşkil edilib. Bu kursu müvəffəqiyyətlə bitirən tələbələrə isə iyun ayında  test üsulu ilə imtahan verib və sürücülük vəsiqəsi əldə ediblər. Kurs öz işini indi də davam etdirir və dekabr ayının 16-da daha bir qrup tələbə Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi “Səyyar Xidmət” Qrupu tərəfindən test üsulu ilə imtahan qəbul edildikdən sonra sürücülük vəsiqəsi qazanacaq. Sürücülük kursunun rəhbəri Saləddin Hüseynov deyib ki, hazırda 60 nəfər tələbə 2 qrupda nəzəri və texniki proqramları öyrənir və onlar kursu bitirmə sertifikatı əldə etdikdən sonar imtahana buraxılacaq. Tələbələrin imtahandan keçməsi təbii ki, onların proqramı tam mənimsəməsindən asılıdır. Bunun üçün də onlara hər şərait yaradılıb. Nəzəri və təcrübi biliyə tam yiyələnən tələbə imtahanda çətinlik çəkməyəcək.