Mühəndislik fakültəsi

ADAU-nun Mühəndislik fakültəsinin alimləri Samuxda təlim keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin bir qrup professor-müəllimi Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzində təlim keçib. Təlim zamanı torpaq mülkiyyətçilərinə Aqrar istehsalda “İntensiv texnologiya innovativ texnologiyanı əsasıdır” mövzusunda gərəkli bilgilər verilib.

Fakültə dekanı, Texnika elmləri doktoru, professor Cəmaləddin Məmmədov Mühəndislik fakültəsində Aqrar mühəndis kadrlarının hazırlığından, Texnika elmləri doktoru, professor Nurəddin Məmmədov Kənd təsərrüfatı bitkilərinin becərilməsi zamanı maşınların işinin intensiv texnologiya əsasında aparılmasından, professor Həbib Zeynalov və dosent Aydın İsayen isə Kənd təsərrüfatı texnikalarında baş verən nasazlıqlar və onların aradan qaldırılmasından ətraflı danışıblar.

Sonra alimlər əkin sahələrinə, texnikaya baxış keçirib, məsləhət və tövsiyyələrini bildiriblər.