Mühəndislik fakültəsi

ADAU-da John Deere təlimləri başlayıb

          John Deere şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetidə (ADAU) mühəndislər üçün təlimlərə başlanılıb. Təlimin məqsədi ölkəyə gətirilən John Deere pambıqyığan maşınlarının texniki göstərcilərinin və istifadə qaydalarının öyrənilməsi, bununla da növbəti pambıq yığımı mövsümündə müəllim və tələbələrin texnoloji proseslərdə birbaşa iştirakının təmin edilməsi, tədris proqramlarında dəyişiklik edilərək yeni mövzuların əlavə edilməsidir. Təlimi aparmaq üçün  dəvət olunmuş şirkətin ABŞ-dan olan mütəxəssisi Lary Young çıxış edərək bildirib ki, əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması üçün  ADAU-da  lazımi şərait yaradılıb və John Deere şirkəti ilə əməkdaşlıq qısa müddət ərzində müsbət nəticələrini verəcəkdir.

          Təlimin birinci günü pambıqyığan maşınının istismar qaydaları barədə izahat işlərinə, növbəti günlər isə təlim məqsədilə universitetə gətirilmiş 2 ədəd John Deere pambıqyığan kombaynı üzərinə parktiki işlərə sərf olunur.

          Xatırladaq ki, 27 iyul 2017-ci il tarixində John Deere şirkətinin regional nümayəndəsi Maximilian Pauge Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Səfərin məqsədi  şirkətin fəaliyyəti üçün ADAU-da xüsusi otaq ayrılmasını, servis xidmətinin yaradılması, texnika üçün kadr hazırlığı və kadrların şirkətdə təcrübə keçməsi məsələlərini müzakirə etmək olub.  Hazırda isə qeyd olunan məqsəd üçün universitetdə otaq ayrılmış və ilkin layihələndirmə işləri aparılmışdır.