
Mühəndislik fakültəsinin əsası olan Kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsi 1930-cu ildə Zaqafqaziya Pambıqçılıq İnstitutunun tərkibində təşkil olunmuşdur. 2002-ci ildə Kənd təsərrüfatının mexanikləşdirilməsi, kənd təsərrüfatının elektrikləşdirilməsi və avtomatlaşdırılması fakültələrinin bazası əsasında Aqrar mühəndislik fakültəsi, 2009-cu ildən İnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsi adlandırılmış, 2011-ci ildən Mühəndislik fakültəsi adı ilə fəaliyyət göstərir.
Mühəndislik fakültəsinin məqsədi kənd təsərrüfatı məhsulları istehsalının maşınlı texnologiya əsasında təşkili, maşınların bərpa olunması və səmərəliliyinin təminatı, onların layihələndirilməsi, standartlaşdırılması, hazırlanma texnologiyası, sınağının təşkili, nəqliyyat daşınmaları, servis, meliorasiya və su təsərrüfatı tikintisi kimi işlərin yerinə yetirilməsi üçün mühəndis biliklərinə yiyələnmiş mütəxəssis hazırlamaqdan ibarətdir.
Professor - müəlim heyəti
Elmlər doktoru,professor - 6 nəfər
Fəlsəfə doktoru - 5 nəfər
Fəlsəfə doktoru,dosent - 33 nəfər
Baş müəllim - 11 nəfər
Asisstent - 12 nəfər
Laborant - texniki işçi - 29 nəfər
Tədris bazası
Auditoriyaların sayı -20 ədəd
Laboratoriyaların sayı - 40 ədəd
Tədris-təcrübə emalatxanası - 1 ədəd
Maşın-traktor parkı 1- ədəd
Maşınların təmiri və saxlanması yeri - 2 ədəd
Maşınların sürüş meydanı - 1 ədəd
Bakalavrların sayı - 594
Magistrantların sayı - 12
Fakültəyə ilk qəbul – 1930-cu il
Fakültənin ilk buraxılışı – 1935 ci il
2016-cü ilə qədər fakültədən 11151 tələbə məzun olmuşdur.