Mühəndislik fakültəsi

Energetika

Energetika kafedrası ilk olaraq 1966-cı ildə "Elektrtexnika" adı altında fəaliyyətə başlamışdır. 1968-ci ildən "Elektrotexnika və avtomatika", 1990-cı ildən "Elektrotexnika və istilik texnikası", 2004-cü ildən "Elektrotexnika və elektrik təchizatı" və nəhayət 2010-cu ildən günümüzədək "Energetika" kafedrası adlandırılmışdır.  

Kafedranın maddi-texniki bazası.

Kafedrada elektrik təchizatı, elektrik stansiyaları, elektrik şəbəkə və sistemləri, elektrik maşınları, elektrotexnika, elektrotexnologiya, elektrotexnikanın əsasları, tədris laboratoriyaları və alternativ enerji mənbələri üzrə elmi-tədqiqat laboratoriyası mövcuddur. Kafedranın auditoriyaları müasir avadanlıqlarla və texniki vasitələrlə təchiz edilmişdir.

Professor, müəllim, laborant heyəti