Mühəndislik fakültəsi

Elektrik mühəndisliyi

Elektrik mühəndisliyi kafedrası ADAU-nun İnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsi nəzdində 2008-ci ildə təşkil edilmişdir.

Hal – hazırda kafedra Elektroenergetika və informasiya texnologiyaları fakültəsi nəzdindədir.  

Kafedranın elmi – pedoqoji potensialı və maddi – texniki bazası “Elektrik enerjisinin k/t-da tətbiqi” və “İstehsalat proseslərinin avtomatlaşdırılması” kafedralarının  əsasında yaradılmışdır. “Elektrik enerjisinin k/t-da tətbiqi” kafedrası 1936-cı ildə AKTİ-nun mexanikləşdirmə fakültəsinin tərkibində fəaliyyət göstərən “K/t-nın elektrikləşdirilməsi” kafedrasının bazası əsasında təşkil edilmişdir. “K/t elektrikləşdirilməsi” kafedrasının təşkilində və onun inkişafında mühüm rolu olan dosent B.M. Mustafayev kafedraya uzun müddət rəhbərlik edib, elmi-pedoqoji potensialla  möhkəmlənməsi üçün kadr hazırlığına xüsusi diqqət yetirib. 1967-ci ildə mexanikləşdirmə fakültəsində fəaliyyət göstərən “K/t-nın elektrikləşdirilməsi” şöbəsinin bazası əsasında müstəqil “K/t-nın elektrikləşdirilməsi” fakültəsi yaradılmışdır. Fakültənin yaradılması və onun kadrlarla təmin olunmasında institut rəhbərliyi ilə yanaşı dosent B.M. Mustafayevin əhəmiyyətli rolu danılmazdır. “Elektrik enerjisinin k/t-da tətbiqi” kafedrası öz fəaliyyətində keçmiş ittifaqın aparıcı elmi-tədqiqat və təhsil institutları ilə daimi elmi, tədris, tədris-metodiki işləri ilə əlaqədar olaraq əlaqələr saxlamışdır.