Aqrotexnologiya fakültəsi

ADAU-nun Aqrotexnologiya fakültəsinin tələbələri Göygöldə əkin sahələrinin koordinatlarını müəyyən edib

Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrinin mühazirə və laboratoriya dərslərində əldə etdikləri nəzəri bilikləri təcrübə sahələrində sınaqdan keçirmələri artıq ənənəyə çevrilib. Müəllimləri ilə birlikdə ərazilərdə olan  tələbələr bir qayda olaraq auditoriyalarda öyrəndiklərini təcrübəyə tətbiq edir və araşdırmalar aparırlar.

Təhsil müəssisəsinin Yerquruluşu kafedrasının müəllim və tələbələri isə  Göygöl rayonundakı Kənd Təsərrüfatı İdarəsində olublar. İdarənin işləri ilə yaxında tanış olan tələbələrə "Elektron Kənd Təsərrüfatı" Informasiya Sistemi haqqında ətraflı məlumat verilib.

 Tələbələrlə birlikdə Göygöl rayonu KTF-nin toxumluq taxil əkini sahəsinə baxış kecirilib və təqdim olunan huquqi sənədlər əsasında həmin sahənin koordinatları müəyyən olunub.