Aqrotexnologiya fakültəsi

“Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti” mövzusunda üç günlük tele müzakirə başlayıb

Aqronomluq professor Famil Şərifovun adını daşıyan auditoriyada “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti” mövzusunda telemüzakirə keçirilir. Bu ixtisasartırma kursunda MDB ölkələrində fəaliyyət göstərən 10-a yaxın aqrar universitetin nümayəndələri iştirak edirlər. ADAU-nun  “Əczaçılıq və baytarlıq sanitariya ekspertizası”, “Epizootologiya, mikrobiologiya və parazitologiya”, “Heyvandarlıq və balıq məhsullarının istehsalının texnologiyası”, “Qida  məhsulları mühəndisliyi və ekspertiza” kafedrasının əməkdaşları, habelə magistrantlar telemüzakirədə iştirak edirlər.