Aqrotexnologiya fakültəsi

İradə Əsgərova

Dosent

Pedaqogika üzrə fəlsəfə doktoru

Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının dosenti

İş tel: 256 97 06

e-mail:cafarova-1968@mail.ru

Doğum tarixi

23 fevral 1968-ci il

Təhsili, elmi dərəcəsi. elmi adı

1985-ci ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuş, 1991-ci ildə mühəndis- texnoloq ixtisasını  bitirmişdir.2010-cu “XX əsrin 30-cu illərində Azərbaycanda məktəb işinin unifikasiyası problemləri “mövzusunda dissertasiya işini müdafiə edərək 13.00.01.-ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisasının pedaqogika üzrə fəlsəfə doktoru adını almışdır.

Əmək fəaliyyəti

2014-cü ildə Azərbaycan Aqrar Universitetində Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasında baş müəllim, 2016-ci ildə həmin kafedrada dosent əvəzi, 2018-ci ildə dosent vəzifəsində çalışır

Apardığı dərslər

Bakalavrda-Qıcqırma istehsalının texnologiyası, İçkilərin ekspertizası, Bitki məhsillarının saxlanması və emalı texnologiyası

Magistraturada- Qida məhsulları istehsalının elmi əsasları,İçkilərin ekspertizası

18 elmi məqalənin, 6  proqram və 1 dərs vəsaitinin müəllifidir.

Tədqiqat sahəsi

Qida məhsullarının texnologiyası

Beynəlxalq treninqlər, simpoziumlar və konfraslar

ADAU-nun 85 illik yubileyinə həsr olunmuş “Aqrar təhsil sistemində innovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları” Beynəlxalq Elmi-praktik konfransı, Gəncə şəhəri,ADAUda təşkil olunmiş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” Beynəlxalq Elmi-praktik konfrans

Seçilmiş əsərləri

Orta əsr mənbələri üzümçülük və şərabçılıq haqqında Azərbaycan Aqrar Elmi 2015, №1

Eksperimental istilikdəyişdirici tətbiq etməklə portveyn texnoloji xəttinin tədqiqi,ADAU-nun elmi əsərləri 2015, №3

Spirtə qovma qurğularının müqayisəli qiymətləndirilməsi Azərbaycan Aqrar Elmi 2016, №1

Meyvə və tərəvəzlərin emalı texnologiyası,Dərs vəsaiti, Bakı, Ecoprint nəşriyyatı, 2017