Aqrotexnologiya fakültəsi

Qida məhsulları mühəndisliyi və ekspertiza

Kafedra müdiri: prof. Hasil FƏTƏLİYEV

Ünvan: Gəncə şəhəri, M. A. Abbaszadə küç  62,

Tel. (+994 22) 256 97 06

E-mail: info@adau.edu.az

Kafedra 1941-ci ildə İnstitutda «Şərabçılıq və kənd təsərrüfatı məhsullarının texnologiyası» kafedrası şəklində təşkil edilmişdir. 2011-ci ildə «Qida məhsulları mühəndisliyi və ekspertiza» şəklində formalaşmışdır. Kafedrada bakalvriat səviyyəsində istehlak mallarının ekspertizası və marketinqi” və “qida məhsulları mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı aparılır. 

Vaxtilə burada çalışmış görkəmli alimlər

Prof. M.A.Xovrenko, prof. D.M.Hacıyev, prof.F.H.Şərifov dos.H.A.Atakişiyev, dos.N.A. Atakişiyev, dos.Ə.H.İsgəndərov,  dos.D.P.Qasımov, dos.Ş.A.Əliyev, dos.C.S 

 Kafedranın maddi-texniki bazası:

 2 ədəd proyektorla təmin olunmuş mühazirə otağı.

 Dequstasiya üçün laboratoriya.

 Şərabçılıq laboratoriyası.

 Emal və saxlanma üçün zirzəmi.

Kafedranın elmi istiqaməti:

Kafedrada 3309.01–Qida məhsulları mühəndisliyi və 3310.01–Sənaye texnologiyası ixtisasları üzrə texnika sahəsində fəlsəfə və elmlər doktorları hazırlanır. Kafedrada aparılan elmi-tədqiqat işləri xammalın və qida məhsullarının ekoloji təhlükəsiz resursqoruyucu emal, saxlanma texnologiyası və keyfiyyət ekspertizasına, Azərbaycan şərablarının hazırlanma texnologiyasının təkmiləşdirilməsinə, saxlanma və emal texnologiyasının işlənib hazırlanmasına yönəldilmişdir. Kafedra əməkdaşları tərəfindən onlarla müəlliflik şəhadətnaməsi və patent, monoqrafiya dərslik və dərs vəsaitləri yazılaraq nəşr edilmişdir. Son bir neçə ildə kafedrada 5 nəfər fəlsəfə və 1 nəfər elmlər doktoru hazırlanmışdır. Son illərdə ölkəmizin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına üzv olması və Fransanın regionları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan tədbirlər çərçivəsində kafedra əməkdaşları yaxından iştirak etmişlər. Fransadan və Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatından ölkəmizə və Gəncə şəhərinə gələn yüksək nümayəndə heyəti dəfələrlə (2011-2013-cü illər) kafedrada olmuşlar.