Aqrotexnologiya fakültəsi

Dizayn

Kafedra müdiri: prof. Bahəddin XƏLİLOV

Ünvan:  Gəncə şəhəri, M. A. Abbaszadə küçəsi  62

Telefon: (+994) 50 778 41 32; (+994) 22 256 14 65

E-poçt: office@adau.edu.az

“Dizayn” kafedrası 2009-cu ilin avqust ayında Aqrotexnologiya fakültəsinin tərkibində yaradılmışdır. Həmin ildə kafedra “Memarlıq və texniki qrafika” kafedrası adlanırdı. Kafedranın ilk müdiri prof.F.A.Məmmədov olmuşdur. 2014/2015-ci tədris ilindən “Dizayn” kafedrası adlanır.

Kafedranın maddi-texniki bazası:

1 muzey.

1 qrafika və dizayn üzrə kompüter laboratoriya otağı.

1 konstruksiya üzrə laboratoriya otağı.

2 rəsm üzrə laboratoriya otağı.

4 mühazirə otağı (2-si elektron).

Kafedranın elmi tədqiqat mövzusu:

“Azərbaycanda aqrosənayedə müasir standartlara cavab verən qablaşdırmanın dizayn prinsipləri”.

 

Kafedranın tərəfdaşları:

ADAU-nun “Dizayn” kafedrası təhsil və elmi – tədqiqat sahələrində bir çox təşkilatlarda və Ali məktəblərdə əməkdaşlıq edir:

Gəncə şəhər reklam və xidmət idarəsi

Azərmemarlayihənin Gəncə filialı

Azərdövlətlayihənin Gəncə filialı

Azərbaycan Texnologiya Universitetinin “Dizayn” kafedrası

Gəncə Dövlət Universitetinin “Təsviri incəsənət” kafedrası

Gəncə Dövlət rəsm qalereyası

H.Əliyev Mərkəzinin nəzdində xalça yaradıcılıq birliyi

Gəncə xalça yaradıcılıq birliyi